Bu gün səhər saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib. Salyan şəhəri, T. Xəlilbəyli küçəsi, ev 12-də yaşayan 1972-ci il təvəllüdlü Məmmədova Zülfiyyə Əjdər qızı 15 yaşlı ruhi xəstə olan oğlu tərəfindən bıçaqlanıb. Qarının daxilə işləyən kəsilmiş-deşilmiş yaraları ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb. Həkimlərin verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağır olaraq qalmaqdadır. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı Salyan Rayon Polisində araşdırmalara başlanılıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?