GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şəki sakinlərinin "işsizlik dərdi"

Şəki sakinlərinin "işsizlik dərdi"

Tarix: 23-02-2017, 22:10 Bölmə :Ölkə Baxış: 601
Şəki sakinlərinin "işsizlik dərdi"

299 km məsafədə yerləşən Şəki ölkənin ən qədim şəhərlərindən biri sayılır

Azərbaycan ərazisindəki ən qədim şəhərlərdən sayılan, həm sənətkarları, həm təbiəti, həm də şirniyyatları ilə məşhur olan Şəki rayonunun sakinləri işsizlik və qiymət atımından gileylidir.
Onların sözlərinə görə, rayonda son illərdə işsizlərin sayı artıb və ərzaq mallarının qiyməti də tez-tez dəyişir.
Şəki şəhər İcra Hakimiyyəti isə, işsizliyin aradan qaldırılması üçün tədbirlər görüldüyünü bildirir.
sakinləri gecikmiş pensiyalarını almaq üçün növbəyə düzülüb

Şəki sakinlərinin "işsizlik dərdi"

"Lotereya oynayıb uşaq oxutdururam"

Şəki şəhərini və kəndlərini gəzərkən bir mənzərə ilə qarşılaşmaq mümkündü r- çayxanalar qarşısında, yaxud küçələr boyu ayaq üstə söhbətləşən və ya günəbaxan tumu çırtlayan kişilər.
Bunun səbəbini kimdən soruşsan "bekarçılıqdır" deyə cavab alacaqsan. Elə "Şəkidə insanların çoxu nə işlə məşğuldur?" sualına da eyni cavabı ala bilərsən - "bekarçılıq".
Müşahidələrimizə görə, şəhərdə maşınların əksəriyyəti taksi kimi fəaliyyət göstərir. Kimisi, bir neçə nəfəri toplayaraq kəndlərə sərnişindaşımanı həyata keçirir, kimisi isə uzun saatlar boyu müştəri gözləyir.
Şəhərin mərkəzində yerləşən bazarda da alıcı qıtlığı var. Bir çox piştaxtalar al-ver olmadığından bağlıdır. Satıcılar da alıcığıq qabiliyyətinin zəif olduğunu bildirir.
Sakinlərdən biri, güzəranını belə nəql edir: "İş yoxdur, 55 yaşlı yoldaşımı işdən çıxarıblar. Qızım təhsil alıb, amma işləmir. Oğlum qiyabi olaraq Türkiyədə oxuyur. O da iş tapa bilmir. Mən müəlliməyəm, ailədə bircə mən işləyirəm. Maaş alıb birtəhər evi fırladırıq. Lotoreya oynayıb uşaq oxuduram", o deyir.
Sakin bildirir ki, son 3 aydır ərzaq qiymətlərində bahalaşma var. "Qarğıdalı yağını 2 manat 50 qəpiyə alırdım, sonra oldu 3 manat 50 qəpik, sonra 4 manat, indi də 4 manat 13 qəpik. Bir yağ bir aya 4 qiymət dəyişib".
Sakin "bahalaşma və işsizlik vaxtında necə dolanırsız" sualını isə gülüşlə qarşılayaraq "bax o sehirlidir" deyir.
aylarda ərzaq qiymətlərinin artdığını deyirlər

Şəki sakinlərinin "işsizlik dərdi"

Kommunal xidmətə ödənilən pensiya

Lalə adlı digər sakin də dolanşığın çətinliyindən şikayətlənir.
"Oğlum işləmir, yoldaşım Rusiyada, özüm də pensiyaçıyam. Məşğuliyyətimiz yoxdur. Qiymətlər qalxıb yağlar qalxıb, gəlir artmır".
Sakin kommunal xərclərin də çoxluğundan gileylənir.
"İşıq yazır dünya qədər. 66 manat pensiyam var. 3 manat telefona, 2 manat suya. 2 manat zibil maşınına ödəyirəm. İki aydır qaz 108 manatdan çox, işıq da 100 manatdan çox yazıb. Pensiyamı elə onlara xərcləyirəm", sakin deyir.
Ərzaq qiymətlərinin artdığını da təsdiqləyən Şəki sakini dolanışığa pulun yetmədiyini, "soyutma kartof yeyirik, makaron süzüb qatıqla yeyirik" deyərək hər növ ərzaq almağa maddi imkanın yetmədiyini vurğulayır.

Şəki sakinlərinin "işsizlik dərdi"

Rusiyaya gedənlər

Şəhər ətrafı kəndlərdə də dolanışıqdan şikayətlənənə sakinlərlə tez-tez rastlaşmaq olur.
Keçmişdə tütünçülük, baramaçılıqla məşğul olan indi isə maldarlığın daha geniş yayıldığı Baltalı və Qoxmuq kənd sakinləri, həmçinin Kiş kənd sakinləri işsizlikdən danışaraq kəndlərin əhalisinin əksəriyyətinin Rusiyaya iş dalınca getdiyi deyir.
"İstəyərdim tütünçülük yenidən inkişaf etsin, kəndin qadınları da işləyib ailə dolandırar", Qoxmuq kənd sakini deyir.
Kiş kənd sakini isə bildirir ki, 90-cı illərdən bir çox "ailənin kişisi Rusiyaya çörək dalınca gedib".
Digər sakin isə zarafatla əlavə edir ki, "Rusiyadan şəkililəri qovsalar Kiş kəndinin 80-90 faizi ac qalar".
“İş düşəndə işləyirəm iş düşməyəndə evdə otuturam”
İmkansızlıq
Oxud kəndində yaşayan Xəlilov Şükür də işsizdir. O rəngsaz kimi fəaliyyət göstərsə də, deyir ki, yaz və ya yay aylarında tanışlar vasitəsilə qısa müddətlik iş tapa bilir. Qalan vaxtda isə ailəsinin dolanışığı Rusiyada işləyən qardaşından asılı olduğunu bildirir. Onun 3 övladı var, uşaqlardan biri beyin iflicindən əziyyət çəkir.
Şükür deyir ki, son 2 ildir ki uşağın müalicəsini imkansızlıqdan etdirə bilmirlər. Ailə hazırda kömək göstərilməsi üçün ümidini dövlət orqanlarına bağlayıb.
Şükür deyir ki, Şəkidə iş olmaması səbəbindən Bakıda dəfələrlə iş axtarıb, amma təklif edilən əmək haqqı az olduğundan Şəkiyə qayıtmalı olub.
üzrə məşğul əhalinin sayı 86115 nəfərdir
"Tədbir görülür"
Şəki Şəhər İcra Hakimiyyətinin sözçüsü BBC Azərbaycancaya deyir ki, Şəkidə yeni iş yerlərinin açılması istiqamətində tədbirlər görülür.
"Xüsusilə də, aqrar sahədə baramaçılığın, tütünçülüyün, fındıqçılığın və s. sahələrin inkişafına dövlət tərəfindən dəstək göstərilir ki, bu da əhalinin məşğulluğunun təmin edilməsinə yönəlib", deyən qurum sözçüsü Şəhərdə ən böyük müəssisə olan - "Şəki ipək" ASC-nin tam gücü ilə fəaliyyət göstərməsi istiqamətində işlərin getdiyini də qeyd edir.
Bundan başqa rayonun icra hakimiyyətinin rəsmi internet səhifəsində yazılanlara görə, "hazırda rayon üzrə məşğul əhalinin sayı 86115 nəfərdir ki, bunların da 47200 nəfəri kənd təsərrüfatında, 2100 nəfəri sənayedə, 750 nəfəri tikintidə, 7853 nəfəri təhsildə, 2391 nəfəri səhiyyədə, 1900 nəfəri mədəniyyətdə, 23921 nəfəri digər sahələrdə fəaliyyət göstərir".
bildirdiyinə görə, hər il regionlarda yeni iş yerləri açılır
"Yaradılan" iş yerləri
Şəki Rayon Məşğulluq Mərkəzi BBC Azərbaycancanın vətəndaş müraciətlərinin sayı və necə iş yerlərinin təklif edilməsi ilə bağlı suallarına cavab verməkdən imtina edib.
BBC Azərbaycanca müxbirlərinin son 2 ildə baş çəkdiyi şimal, cənub, qərb rayonlarında da insanların əksəriyyəti işsizlikdən şikayət edib və yeni iş yerlərinin yaradılması əvəzinə ixtisarların baş verdiyini deyib.
Dolların məzənnəsinin qalxmasından sonra qiymət artımı və iş yerlərinin olmaması səbəbindən ötən ilin əvvəllərində bir neçə rayonun əhalisi etiraz aksiyası da keçirmişdi.
Lakin "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2015-ci ildə görülmüş işlər barədə hesabat"-ında deyilir ki, təkcə 2015-ci ilin 9 ayı ərzində 87 min iş yeri yaradılıb və onlardan 67 mini daimi iş yeri olub. Açılmış iş yerlərinin 75,1 faizi qeyri-dövlət sektorunu, 68,8 faizi regionları əhatə edib.
Hesabatda deyilir ki, Dövlət Məşğulluq Xidməti orqanlarına iş üçün müraciət etmiş 59252 nəfər işsiz və işaxtaran vətəndaşdan 29000 nəfəri münasib işlə təmin olunub, 3844 nəfərə işsizlik müavinəti təyin edilib.
"...respublikanın 59 şəhər və rayonunda "Əmək Yarmarkaları" keçirilmişdir ki, bunun da nəticəsində 4580 nəfər işlə təmin edilmiş, 477 nəfər peşə hazırlığı kurslarına, 185 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunmuşdur", deyilən sənəddə bu məşğulluq tədbirlərinin əhatə etdiyi vətəndaşların böyük bir qisminin gənclərdən ibarət olduğu da qeyd edilir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəki mərkəzi bazarında dəhşətli yanğın - Foto

    Şəki mərkəzi bazarında dəhşətli yanğın - Foto ...

    2-02-2014, 11:11

  • 
  • Şəkidə məhbus intihara cəhd edib

    Şəkidə məhbus intihara cəhd edib ...

    17-11-2015, 12:55

  • 
  • Şəkidə üç uşaq anası intihar etdi

    Şəkidə üç uşaq anası intihar etdi ...

    10-07-2015, 12:52

  • 
  • Şəkidə ev yanıb

    Şəkidə ev yanıb ...

    2-02-2017, 22:52

  • 
  • Şəkidə 54 yaşlı kişi faciəvi şəkildə ölüb

    Şəkidə 54 yaşlı kişi faciəvi şəkildə ölüb ...

    2-12-2016, 13:09


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu