GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "200 MANAT MAAŞ ALACAMSA, RÜŞVƏT GÖTÜRƏCƏM" - 700 BAL TOPLAYAN TƏLƏBƏ

"200 MANAT MAAŞ ALACAMSA, RÜŞVƏT GÖTÜRƏCƏM" - 700 BAL TOPLAYAN TƏLƏBƏ

Tarix: 28-02-2017, 01:48 Bölmə :Ölkə Baxış: 691
"200 MANAT MAAŞ ALACAMSA, RÜŞVƏT GÖTÜRƏCƏM" - 700 BAL TOPLAYAN TƏLƏBƏ

Hər il abituriyentlərin ali məktəblərə qəbul imtahanlarında 700 bal toplayanlar cəmiyyətin diqqət mərkəzində olur. Bir müddət cəmiyyətdə bu uğurlu tələbələr müzakirə olunur, hər kəs onlara qibtə ilə yanaşır. Amma maraqlıdır ki, artıq bir neçə il keçdikdən sonra həmin tələbələrin səs-sorağı gəlmir. Maraqlıdır, həmin 700 balla universitetlərə daxil olan tələbələr hazırda neynirlər?

"Seçilənlər" rubrikamızın qonağı Məhəmməd İsmayılov da 2013-cü ildə 700 balla universitetə qəbul olunanlardandır. Məhəmməd 1995-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə 258 nömrəli məktəbə daxil olub, 2013-cü ildə bitirib. Həmin il Dövlət İdarəçlik Akademiyasının hüquqşünaslıq ixtisasına 700 balla daxil olub.

4 fəndən iki il hazırlaşan Məhəmməd yalnız riyaziyyatdan 1il hazırlaşmaqla kifayətlənib. Özünün dediyinə görə suallar asan olduğundan çətinlik çəkməyib.

- 700 bal toplamaq çətin deyildi ki?

- Çətin deyildi. Sadəcə əvvəlcədən dərslərə yaxşı hazırlaşmaq lazımdır. Son iki ili isə hazırlıqlara məsuliyyətli olub, verilən tapşırıqları vaxtında yerinə yetirmək gərəkir. Sonraya saxlamaq, tapşırıqları üs-üstə yığmaq ciddi mane olur.

-Vaxtını necə bölürdün hazırlıq zamanı?

- Hazırlaşanda vaxtı bölmürdüm. Qeyri- ixtiyari hazırlaşırdım. Elə olurdu gecə saat 2-də 3-də yatırdım. Veriləndən əla artıq dərs də oxumurdum. Amma elə vaxt olmurdu ki, hazırlığa oxumamış gedim. Bircə riyaziyyat hazırlıqlarında o qədər məsuliyyətli olmamışam. Tapşırıqları hərdən yerinə yetirmirdim. Çünki riyaziyyatdan bazam var idi, bir az arxayın idim.

- 1 sualı belə səhv etməmisən...

- Əslində qəbul imtahanından əvvəl olan sınaqlarda maksimum 675 bal toplamışdım. Üstəgəl tanışlarım var ki, sınaqlarda 700 bal toplasa da, qəbulda 680-690 bal toplaya bilib. Ona görə, 700 bal yığmaq üçün şans da var idi.

-İxtisasını özün seçmisən?

-Hüquqşünaslıq ixtisasını sevmişəm, amma xoşladığım fənlər dəqiq olub. Fizika, kimya, riyaziyyat fənlərini yaxşı oxumuşam. Tarix fənninə nifrət edirdim, amma hüquqşünas olmaq üçün məcburən oxumuşam. Yəni, yüksək bal topladığıma görə hüquqşünaslıq ixtisasını yazmamışam. Hüquqşünas olmaq üçün yüksək bal toplamağa çalışmışam.

-Abituriyentlərin əksəriyyəti yüksək bal toplayanda yüksək ixtisas yazırlar. Hətta ixtisası sevməsələr də. Düzgündür, səncə?

- Əslində yüksək bal toplayıb başqa ixtisas yazanlar da var. Amma sırf bala görə ixtisası seçmək düzgün deyil. İnsan hansı sahə üzrə gələcəyini, kariyerasını qurmağı planlaşdırırsa, həmin ixtisası yazmalıdır. Prestijinə görə ixtisası seçmək uğurlu nəticə verməyə bilər.

-Boş vaxtlarında neynirsən?

- Avropa Hüquqşünas Tələbələr Assosiasiyası (ELSA) təşkilatının sədriyəm. Vaxtımın 70 faizini ona sərf edirəm. Qalan vaxtımı isə biraz dərs oxuyuram. Bədii kitablar oxuya bilmirəm, maraqlı filmlərə baxa bilmirəm. Ötən il mənə boş vaxtlarımda neynədiyimi soruşsaydınız, deyərdim ki, bədii kitab oxuyuram hər gün, filmlərə baxıram, idmanla məşğul oluram. Amma 4-cü kursda oxumağın məsuliyyəti daha ağırdır.

-İdmanla məşğul olmusan?

- Bəli. Kiqboksinqlə. Amma hazırda heç nə edə bilmirəm.

-Dərslər ictimai fəaliyyətinə mane olmur ki?

-Əslində o qədər çətin deyil. Müəllimlərimiz qiymət kəsmir. Oxuyana uyğun qiymətini yazırlar. Ona görə, dərslərlə digər fəaliyyətlərimizi uzlaşdırmaq ciddi problem yaratmır.

- Oxuduğun akademiyanın təhsilindən razısanmı?

- Razıyam, amma müəyən xırda çatışmazlıqlar var. Bu da, ölkədəki təhsilin ümumi səviyyəsindən qaynaqlanır.

- Məsələn, hansı çatışmazlıq?

- 4-cü kursu bitirirəm artıq. Bu 4 ildə 50-yə yaxın fənn tədris olunub. Həmin dərslərdən öyrəndiklərimizin əksəriyyəti bir müddət sonra yaddan çıxır. Bu da dərs yükü ilə əlaqədardır, məncə. Qiymət almaq, imtahan stressi, 1-2 balla əlaçılıqdan düşməyin həvəssizliyi, müəllimlərin bəzən çox dərs yükləməsi dərindən bilik öyrənməyimizə bir az mane olur.

-Bu ali təhsil ocağını seçdiyinə peşmansan?

- Yox, peşman deyiləm. Dediyim kimi, bu problemlər ümumi təhsil sistemindən qaynaqlanır. Amma Dövlət İdarəçilik Akademiyasının mühiti, aurası daha fərqlidir. İnanmıram ki, başqa univeriteti seçsəydim, orada daha yaxşı imkanlarla qarşılaşardım.

- İki dəfə "İELTS” sertfikatıalmısan. Çətin olmadı ki?

- Yox. İlk dəfə 7 aldım,digərindən 7,5. Gələcək kariyera, iş imkanları üçün vacibdir deyə, hər çətinliyi gözə almışdım.

- Dördüncü kursdasan,bundan sonra nə fikirləşirsən,xaricə getmək ya burda işləmək?

- Xaricə getmək istəyirəm,ilk növbədə magistr.Belçikada təqaüd proqramı tapmışam,ora mürciət edəcəm.Düzdür, əsas xəyalımda olan ölkələr Avstraliya ya da Amerikadır.Yəni ki, qitədən kənara çıxmaqdır.Əgər heç biri alınmasa əsgərliyə gedəcəm.Azərbaycanda magistr oxumağı düşünmürəm.

- Niyə?

- Bilirəm ki,bundan artıq təhsil olmayacaq.Ondansa əsgərliyə gedərəm,bir il orda vətənə xidmət edərəm,qayıdandan sonra bir də xaricdə təhsil üçün müraciət edərəm.Onsuz da İELTS sertfikatı iki il qüvvədədir.

-Bu il alınmasa, əsgərlikdən gələndən sonra magistr oxumaq sənin üçün çətin olar?

Mən də məhz ona görə əsgərliyə getməmişdən əvvəl magistr istəyirəm.Tanışlarımdan eşitdiyimə görə əsgərlikdən gələndən sonra adamın həvəsi ölür hər şeyə,eyni zamanda təhsilə də.Ən yaxşı ehtimal iş həyatına başlamaq istəyirsən.Ona görə də ilk növbədə təhsilimi davam etdirmək arasında fasiləsizliyi təmin etmək istəyirəm.

- Magistr üçün xaricə getdikdə, orada yaşayacan, ya ölkəyə qayıdacan?

- Hazırkı düşüncəm budur ki, mütləq qayıdacam. Xaricə gedəndə 3-4 gündən sonra darıxıram, Bakı üçün, ev üçün, ailəm üçün. İnsana 20 il yaşadığı yer, qohumlarının, dostlarının əhatəsi daha doğmadır. Amma xaricə getdikdən sonra fikrimin dəyişib-dəyişməyəcəyinə təminat da verə bilmərəm.

"200 MANAT MAAŞ ALACAMSA, RÜŞVƏT GÖTÜRƏCƏM" - 700 BAL TOPLAYAN TƏLƏBƏ

- Sosial vəziyyətin haqqında danışaq.Prezident təqaüdü alırsan?

- Alırdım,ikinci kursun axırında kəsildi.Əlaçı olmadığıma görə. Amma indi əlaçı təqaüdü alıram.Həmin vaxt bir fəndən "B” qiyməti almışdım deyə, 3 balla prezident təqaüdündən kəsildim.

- Valideynlərinlə yaşayırsan?

- Bəli, Bakıda yaşayırıq, bacım, anam və mən. Atam dünyasını dəyişib.Atam dövlət orqanında işləyirdi,prokurorluqda. Bəlkədə hüquqşünaslığı seçməyim onunla əlaqədardır ki,valdeynlərin təsiri, evdə atanın peşəsini görüb nümunə götürmək. Məsələn, uşaq vaxtı prokuror olmaq istəyirdim,amma indi olmaq istəmirəm.
Dolanmağımız özümüzə yetir. Dövlətdən, ailə başçısını itirməyə görə təqaüd alırıq.Düzdür, anam evdar qadındır,amma babam sahibkardır,oda kömək edir.Yəni sosial vəziyyətimiz normaldır.

- Dərslərində, təhsilində maddi çətinliklərin olurmu?

- İELTS imtahanına hazırlaşanda kursa getməkdə bir qədər çətinlik oldu. Onu da yola verdik.

- Xaricə hazırlaşmağında, dərslərlə birlikdə çətinlik olurmu?

- Olur,məsələn,dərslər çox olanda "dedline”ləri qaçırdıram.Hazırda müraciət etmək istədiyim universitetin təqdimatı martın 1-dir. Vaxt az qalıb, amma sənədlərimin yarısı hazır deyil.Ümid edirəm ki, onu qaçırmaram,amma doğrudanda əsas hazırlaşmaq yox, vaxt problemidir.

- Adətən deyirlər ki, 700 bal toplamış tələbələrdə bir az özündənrazılıq olur. Səndə o eqonu görmədim...

- Ümumiyyətlə, hamıda özündənrazılıq var,sadəcə insanın özünü necə göstərməyindən asılıdır. 200-300 bal toplayan, özünü "yuxarıdan aparan” tələbə də var, 700bal toplayıb, sadəliyi ilə diqqət çəkən də. Sadəcə 700 bal yığan insan ən yüksək uğuru əldə etdiyini daha çox biruzə vermək istəyir.

- Haradasa işləmisənmi indiyə kimi?

- İş təcrübəm yalnız könüllü kimi olub. Maaşlı, ciddi, davamlı işlə məşğul olmamışam.

- Universiteti bitirəndən sonra işlə təmin etmirlər,bu səni narahat etmir ki?

- Xeyir,əslində məni sevindirir.

- Necə?

- Dövlət İdarəçilik Akademiyası olduğu üçün iş təminatı yəqin ki,dövlət qulluğunda olardı. Bu da əlverişli deyil.

- İşləməzsən dövlət qulluğunda?

-Birinci kursda oxuyanda əslində dövlət qulluğunda işləmək istəyirdim. Amma son kursda artıq istəmirəm.Çünki universitetlər tərəfindən təcrübəyə göndərilən tələbələr dövlət orqanlarındakı vəziyyətin çətin olduğunu, işləməyin əlverişli olmadığını deyirlər. Düşünürəm ki, dövlət orqanında işləsəm, rüşvət almağa məcbur olaram. Çünki maaş azdır, təsəvvür edin, prokuror işə başlayanda 200 manat maaş alır.

- Rüşvət alanlar məcburmu qalıb alır, sənin fikrincə?

-Əksəriyyət əvvəllər məcbur qalıb, bu yola əl atır, sonra öyrəşir, artıq"nə qədər çox olsa, o qədər yaxşıdır” deyə düşünür.

- Birdən dövlət orqanlarına yolun düşsə, 200 manat maaş alsan, korrupsiyaya əl atarsan?

-O maaşla işləsəm və ailəli olsam, bəli. Subay olsam, 200 manatla yaşayaram, amma ailəli insan üçün heç cür mümkün deyil.

- Bu qədər uğur əldə etmiş tələbəsən. Necə düşünürsən, bu gün Azərbaycanda tələbənin ən böyük problemi nədir?

-Azərbaycanda tələbənin ən vacib problemi maddi çətinliklərdir. Çünki prezident təqaüdçüsü 165 manat alır. Mən prezident təqaüdçüsü olanda, elə bilirdim ki, 400-500 manat pul alacam. Nəzərə alsaq ki, rayondan gələn tələbələr də var, 165 manat tək kirayə puludur. Digər problemlər öz yerində, amma əsas maliyyədir. Prezident təqaüdçüsü üçün 165 manat heçnədir.

-Sənin edə bilmədiyin,amma başqa tələbələrin etməyini istədiyin şey nədir?

-Birinci kursdan, universitetə qəbul olan kimi xarici dil öyrənsinlər. Mən 6 aydır, ingilis dilindən əlavə dil - alman dilini öyrənməyə başlamışam. Amma vaxtım qalmadığına görə davam etdirə bilmədim.

- Son olaraq...

-Bütün tələbələrə uğurlar arzulayıram. Əsas məsələlərdən biri, sosial cəhətdən aktiv olsunlar,tək dərsləri oxumaqla kifayətlənməsinlər. İctimai işlərdə aktiv olsunlar,hansısa bir təşkilatlara müraciət edib, işləsinlər.Yalnız könüllü kimi getsələr, dörd il sonra peşman olarlar.

Hazırladı: Aysel Aslan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 700 bal toplayan tələbələrə EV TƏKLİFİ

    700 bal toplayan tələbələrə EV TƏKLİFİ ...

    31-08-2016, 13:06

  • 
  • Azərbaycanda 700 bal toplayan tələbənin atasını öldürüblər

    Azərbaycanda 700 bal toplayan tələbənin atasını ...

    10-10-2013, 11:43

  • 
  • 700 bal toplayan evin tək oğlu şəhid oldu - FOTOLAR

    700 bal toplayan evin tək oğlu şəhid oldu - ...

    5-04-2016, 14:09

  • 
  • 700 bal toplayan oğlan: "2 il televizor və sosial şəbəkələrdən uzaq qaldım"

    700 bal toplayan oğlan: "2 il televizor və ...

    26-07-2016, 00:01

  • 
  • Azərbaycanda ali məktəblərin reytinqi

    Azərbaycanda ali məktəblərin reytinqi ...

    28-01-2014, 11:58


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu