4 gün əvvəl, fevralın 24-dən 25-ə keçən gecə cəbhə xəttində erməni təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçimiz, kəşfiyyat bölüm komandiri Aqşin İsmayıl oğlu Abullayevin nəşi doğulduğu Şəki rayonunun Kiş kəndinə gətirilib.
Şəhid cənazəsini çiynində aparan yol polisinin axıtdığı göz yaşları görənləri qəhərdən boğur... Əslində “Gündəm Xəbər” olaraq iş prosesimiz bir neçə gündür ki, komputer arxasında göz yaşları axıdaraq keçir. Biz də cəbhədə şəhid olan əsgərlərimizin qanını yerdə qoymamaq arzuları ilə yaşayırıq. Ancaq nə etməliyik, vətənimizin azadlığı uğurunda gərəkən nə lazımdırsa etməliyik. Başın sag olsun, Vətən!
Sorğu
Yeni dizaynımız necədir?