Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yol polisini vuran sürücü saxlanılıb
Bakıda polis əməkdaşına xəsarət yetirən şəxs həbs edilib. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, mayın 12-də Bakının Yasamal rayonunda qaydanı pozduğuna görə “VAZ-21114” markalı avtomobil cərimə meydançasına aparılıb. Cərimə meydançasına gələn sürücü, 1990-cı il təvəllüdlü Yusif İbrahimov qanuna tabeçilik göstərməyib, yol polisi ilə mübahisə edib və xidmətdə olan polis əməkdaşı Mitbar Əliyevə başı ilə vuraraq xəsarət yetirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əliyev saxlanılıb. Hadisə ilə əlaqədar Yasamal Rayon Prokurorluğunda cinayət işi qaldırılıb və istintaq hərəkətləri həyata keçirilir. Bakı Şəhər Baş Polis İdarəsi bildirir ki, vətəndaşlar tərəfindən polisin qanuni tələblərinə tabe olmamaq hallarının qarşısı bundan sonra da operativ surətdə alınacaq və qanuna tabeçilik göstərməyənlər sərt cəzalandırılacaqlar.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?