Fikrət Fərəməzoğlunun cinayət işi ilə bağlı Realliq.info-nun apardığı araşdırmalara BakuNews.az-ın təsisçisi Mirkənan Seyidov münasibət bildirib: “Mənim Fikrət Fərəməzoğlu ilə ümumiyyətlə hər hansı, eləcə də korruptiv xarakterli işbirliyim olmayıb. Onun təqsirləndirildiyi cinayət işində mənim adımın hallandırılması düzgün deyil. Mən Fikrətlə birlikdə heç vaxt “Antalya Mehman” kimi tanınan şəxsdən rüşvət tələb etməmişəm. Əksinə, Mehman Hüseynov və onun icarəçisi Şirin Baxşəliyev mənimlə birgə vəzifəli şəxsləri, o cümlədən, Daxili İşlər Nazirliyinin əməkdaşlarını saxta video-görüntülərlə dəfələrlə şantaj etməyə çalışıblar.
Onların bu əməlləri barədə artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinə vaxtilə məlumat verməyimizə baxmayaraq, Eldar Mahmudovun rəhbərlik etdiyi dönəmdə müraciətlərimiz baxılmamış qaldı. Həmin müraciətlər yalnız Dövlət Təhlükəsizlik Xidməti yaradılandan və bu struktura hörmətli generalımız Mədət Quliyev rəhbər təyin olunandan sonra araşdırıldı. Nəticədə DTX-nin keçirdiyi əməliyyatlarla şantajçı reket dəstəsi tutularaq zərərsizləşdirildi”.
“Antalya Mehman”dan Jam.az rəhbərinin rüşvət tələb etməkdə təqsirləndirilməsi hələ o demək deyil ki, onu tənqid edən digər KİV nümayəndələri də bu şəxsdən rüşvət istəyiblər. M.Seyidov onu da qeyd etdi ki, F.Fərəməzoğlu və onunla bağlı irəli sürülməyə cəhd edilən ittihamlar qanuna ziddir və kimlərinsə sifarişidir. Qanunsuzluğa görə, bu gün bizlər deyil Antalya Mehman həbs olunmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?