Səhiyyə Nazirliyi Bakı-Sumqayıt yolunda bu gün sərnişin avtobusunun qəzaya uğraması nəticəsində ölən və xəsarət alan şəxslərlə bağlı yeni məlumatı açıqlayıb.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Trend-ə bildirib ki, xəsarət alanların 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 4 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan biri Kliniki Tibbi Mərkəzə daxil olan kimi dünyasını dəyişib. Ümumilikdə hadisə nəticəsində 5 ölüm faktı qeydə alınıb. Kliniki Tibbi Mərkəzdə olan iki xəstənin vəziyyəti ağırdır.
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan 3 nəfər travmotologiya, 6 nəfər neyrocərrahiyə, 2 nəfər reanimasiya, 3 nəfər cərrahiyə şöbəsinə yerləşdirilib, 2 nəfərə isə ambulator yardım göstərilib.
Xəsarət alanlardan 3 nəfər - 2-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından, biri isə Kliniki Tibbi Mərkəzdən evə buraxılıb.
S.Əhmədova bildirib ki, hazırda Səhiyyə Nazirliyinin qabaqcıl mütəxəssisləri xəstəxanalara gedərək yaralıların vəziyyəti ilə yaxından tanış olur, lazımi yardım göstərirlər.
11:04
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, yol qəzası nəticəsində 5 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Yaralılardan 17-si Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, 3 nəfər isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
10:49
Bakı-Sumqayıt yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır. Daha 4 nəfər isə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 3-ü hazırda xəstəxanadadır, xəsarəti yüngül olan bir nəfər evə buraxılıb.
10:32
Qəza nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlərin hər 4-ü tələbədir.
Xəsarət alanlardan 6 nəfəri Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan APA-ya verilən məlumata görə, onların vəziyyəti orta-ağırdır.
10:13
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın Trend-ə verdiyi məlumata görə, 3 nəfər hadisə yerində dünyasını dəyişib. Ölənlərin hər 3-ü tələbədir.
Xəsarət alan 5 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyətləri ağırdır.
09:42
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Avtobusun sərnişinlərinin hamısının tələbə olduğu bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?