GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Güllələnən məmur intim video ilə şantaj suçlamasına cavab verdi

Güllələnən məmur intim video ilə şantaj suçlamasına cavab verdi

Tarix: 12-03-2017, 16:25 Bölmə :Ölkə Baxış: 525
Güllələnən məmur intim video ilə şantaj suçlamasına cavab verdi

Bərdə Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi olmuş Hüseyn Qasımovun güllələnməsinə görə, biri qadın,beş nəfər həbs olunub.Qadının adı olayın sifarişçisi kimi keçir. Günel Süleymanova adlı bu qadının atası Rasim Süleymanov da onunla birlikdə mühakimə olunur.
Hüseyn Qasımov ağır xəsarət almasa da, həbs olunanlara qəsdən adamöldürməyə cəhd, dələduzluq kimi maddələrlə ittihamlar irəli sürülüb.
Bu olayla bağlı istintaq belə nəticəyə gəlib ki, Günel Süleymanova həbsdə olan oğlunun azadlığa buraxılmasına kömək adı ilə ondan 33 min manat pul alıb və ardından məmurun özünü öldürtdürmək qərarına gəlib. O bu məsələni əvvəllər adam oğurluğuna görə 12 il həbsdə olmuş Ramil Hüseynli ilə 40 min manata razılaşdırıb. Əvvəlcədən 1200 manat verilib, qalan pul iş başa çatandan sonra ödənilməliymiş.
Günel Süleymanova Hüseyn Qasımovu öldürtmək fikrinin olmadığını iddia edir, deyir ki, sadəcə, müəyyən hərəkətlərinə görə Qasımovu döydürüb, onun “dərsini vermək” istəyirmiş. Elə Ramil Hüseynli ilə də döydürməkdən ötrü razılığa gəlib, aralarında güllələnmə söhbəti olmayıb. Hansı səbəbdən cəzalandırmaq istəməsinə gəlincə, Günel Süleymanova məhkəmədə bildirib ki, keçmiş məmur intim görüntüləri olan video ilə onu şantaj edirmiş.
“33 mini qaytarmamaqdan ötrü 40 minə adam güllələtdirərlər?”

Hüseyn Qasımovun özü məhkəmədə dindirilərkən deyib ki, intim video ilə kimisə şantaj etməsi haqda deyilənlər yalandır.
“Mənim oğlum həbsdədir. Günel Süleymanova bizdən şikayətçi olan tərəflə barışıq ərizəsi alacağını deyib, məndən 33 min manat aldı. Şikayətçi olan tərəf Bərdədən olan Xaləddin müəllimdir. Günel dedi ki, Xaləddin müəllimlə görüşüb və danışıb. Günel deyirdi ki, təhsil naziri Mikayıl Cabbarovun qardaşı onların qohumlarının qudasıdır. Xaləddinin nömrəsini də məndən aldı. Guya aramızda barışıq edəcəkdi. Amma mənim yanımda onunla danışmayıb”, - Hüseyn Qasımovun məhkəmədəki ifadəsində belə yazılıb.
Hüseyn Qasımovun oğlu 2015-ci ilin yayında bir nəfərin ölümü ilə nəticələnmiş yol qəzası üzündən həbsdədir. Həmin dövrdə Qasımov vəzifədə olub.
Məmurun güllələnməsinə dair cinayət işini Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Əliyevin sədrlik etdiyi hakimlər kollegiyası araşdırır. Samir Əliyev zərərçəkən Hüseyn Qasımovdan soruşub ki, Günel Süleymanova 33 min borca görə 40 min verib niyə adamı güllələtdirməliydi?
Onun cavabı belə olub: “Düzdür, çox maraqlıdır. Pulumu qaytarmadığına görə onu sıxışdırdım, pulumu tələb edirdim”.
“AST Telman, Abramoviç-zad deyil ki…”

Hakim Günel Süleymanovanın özündən elə zərərçəkmişin yanındaca bir daha olayın səbəbini soruşub. Hüseyn Qasımovu öldürtmək niyyətinin olmadığını təkrarlayan qadın bu dəfə deyib ki, aralarında söz-söhbət, söyüş olmuşdu, ona görə cəzalandırmaq istəyib. Amma “söz-söhbət”in nədən ibarət olduğunu danışmaqdan imtina edib: “Deyə bilmərəm”.
Keçmiş məmur da danışmasını istəsə də, təqsirləndirilən qadın susub.
Günel Süleymanova istintaqda da, məhkəmədə də bir neçə dəfə ifadələrini dəyişib, fərqli səbəblər göstərib.
Məmura güllə atan Ramil Hüseynlinin sözlərinə görə, Günel ona sifariş verəndə, o, adamı intim videoya görə cəzalandırmaq istədiyini söyləmişdi: “Günel mənə dedi ki, bir söhbət var, onu yoluna qoya bilərəm? Dedi ki, bir nəfəri döymək lazımdır. Razılaşdım. Soruşdum niyə? Cavab verdi ki, bərdəli bir nəfər var, oğlunun işini həll eləmişəm, pulu vermək əvəzinə məni aldadıb, sonra da intim görüntüləri videoya çəkib, ondan qisas almaq istəyirəm. Mən bu işi görmək üçün Güneldən əvvəl 50 min manta istədim, sonra 40 minə razılaşdıq. Günel deyirdi ki, ondan diski alım. O ərəfədə uşaq xəstə idi, ona görə əvvəlcədən Güneldən 1200 manat aldım. Mən 2 min 500 istədim, o bu qədər verdi. Günel mənə demişdi ki, Xəzər İsayev qohumudur, lazım gəlsə, o da kömək edəcək. Silahı götürüb Hüseynin evinin qarşısına getdim. Telefonla danışa-danışa gedəndə atdım. Qorxutmaq istəyirdim. Yoxsa 8 metrdən adam vura bilmərəm ki?! O, AST Telman, Abramoviç-zad deyil ki…”.
Hüseyn Qasımovsa deyib ki, həmin vaxt ağacın arxasında gizlənməsəydi, nəticə faciəvi ola bilərdi.
Məhkəmə davam edir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İcra Hakimiyyətinin sabiq işçisini güllələtdirən qadın: "Məni zorlamışdı deyə, qisas almaq istədim" (FOTO)

    İcra Hakimiyyətinin sabiq işçisini güllələtdirən ...

    14-04-2016, 00:31

  • 
  • Azəri qızı Günel barədə həbs qərarı

    Azəri qızı Günel barədə həbs qərarı ...

    5-02-2014, 09:22

  • 
  • Sevgililəri ilə cinsi əlaqədə oldu, sonra şantaj etdi - BAKIDA MƏHKƏMƏ

    Sevgililəri ilə cinsi əlaqədə oldu, sonra şantaj ...

    3-09-2015, 18:23

  • 
  • “Pişik” Günel döşlərindəki silikonları çıxartdırdı

    “Pişik” Günel döşlərindəki silikonları çıxartdırdı ...

    14-12-2014, 09:36

  • 
  • 'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: `O, burada şifrəli danışır...`

    'Vüsal Ələkbərov işi' - qəzet redaktoru: O, ...

    10-02-2017, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu