Beyləqan rayonunda şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərə birdəfəlik pulsuz insulin şpristləri və dərman preparatları vaxtı-vaxtında verilmir. “Gündəm Xəbər” bildirir ki, bu barədə 24saat.org-a məlumat verilib. Beyləqan Rayon Mərkəzi Xəstəxanasında həkimlərin nəzarəti və qeydiyyatı əsasında həyata keçirilən bu aksiya zaman-zaman problemlərlə müşahidə olunub və bu hazırda davam edir. Belə ki, şəkərli diabet xəstələrinə verilməli olan spesifik dərman və insulin iynələri bürokratik əngəllər ucbatından ya gec-gec verilir, yaxud da heç verilmir. Bu qeyd olunan xəstəxananın yarıtmaz fəaliyyəti və biznes maraqları ilə bağlıdır. Dərmanların fasilələrlə qəbulu şəkərli diabet xəstələrinin səhhətində ciddi problemlər yaradır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?