Əməliyyat “İnfiniti” gecə barında və “Dalğa” saunasında aparılıb Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda xüsusi əməliyyat keçirib. Bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə və ictimai təhlükəsizlik idarələrinin mayın 15-dən 16-na keçən gecə həyata keçirdiyi xüsusi əməliyyat əvvəlcədən hazırlanıb. Əməliyyat paytaxtın Nəsimi rayonunda yerləşən “İnfiniti” gecə barında və Xətai rayonunda yerləşən “Dalğa” saunasında aparılıb. Əməliyyat zamanı 45-i qadın, 8-i kişi olmaqla əxlaqsızlıqla məşğul olan 53 nəfər saxlanılıb. Saxlanılan qadınların əksəriyyəti 16, 17 və 18 yaşlarında olan Özbəkistan vətəndaşlarıdır. Hazırda əməliyyat tədbirləri davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?