Təhsil Nazirliyi yeni təsdiqlənmiş qaydalar əsasında sabahdan orta məktəblərin direktor vəzifəsinə işə qəbul üçün sənəd qəbuluna başlayır.
gundemxeber.az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, təhsil nazirinin əmri ilə təsdiqlənmiş ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.
Müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsilli, azı 5 il pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji sahədə çalışan şəxslər iştirak edə bilərlər.
Elektron ərizələrin qəbulu 1-15 aprel tarixlərində həyata keçiriləcək. Bu mərhələdə namizədlər hazırda işlədiyi müəssisənin yerləşdiyi və ya yaşadığı rayon (şəhər) üzrə 4 vakant məktəb seçə bilərlər. Qeydiyyatdan keçmək istəyən şəxslər www.miq.edu.az/direktorlar səhifəsinə daxil olmalıdırlar.
İmtahan mərhələsində namizədlərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim olunan konkret mövzu üzrə elektron qaydada esse yazmaq tələb olunur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?