Fakta görə Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb Azərbaycanda peşə liseyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Bakı şəhər sakininin Abşeron-Binə peşə liseyində baş verən qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb. İdarənin əməkdaşları tərəfindən liseyin istehsalat təlimi ustası Şərafət Mehdiyevanın xidməti otağına keçirilən baxış zamanı liseydə təhsil alan tələbələrə məxsus və son istifadə tarixi 2013-cü ilin oktyabr ayınadək olan 17 ədəd plastik təqaüd kartları aşkar edilib. Araşdırmalarla həmin kartlarla təqaüdlərin liseyin vəzifəli şəxsləri tərəfindən çıxarılaraq mənimsənildiyi müəyyən olunub.
Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla, cinayəti törətmiş şəxslərin tam dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?