Ötən gün Bakının Nərimanov rayonu ərazisində 69 saylı uşaq bağçasının həyətində asılmış kişi meyiti tapılıb. Rayon Prokurorluğundan verilən məlumata görə, kişinin meyitini kapron ipdən asılmış vəziyyətdə ətrafdakı insanlar tapıblar. Dərhal polisə məlumat verilib. Araşdırmalar zamanın meyitin 1973-cü il təvəllüdlü Zöhrab Eldar oğlu Musayevə məxsus olduğu məlum olub. Onun intihar etdiyi ehtimal olunur. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?