Şəmkirdə istirahət mərkəzində fahişəxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Goranboy rayonunun Qızılhacılı kəndində istirahət mərkəzində qeyri-qanuni əməllər aşkarlanıb. Kənd ərazisindəki “Sərin göl” istirahət mərkəzində oranın işçisi Elçin Kərimov gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi üçün tutulub.
Bundan başqa Şəmkir rayon sakini Samirə Şıxməmmədova da gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi üçün yaxalanıb.
Qeyd edək ki, əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları həyata keçirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?