GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

Tarix: 2-07-2017, 18:17 Bölmə :Ölkə Baxış: 409
Qətərə verilən möhlət bu gün başa çatır: Körfəzdə müharibə başlaya bilər

“Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir tərəfindən diplomatik əlaqələrə yenidən başlamaq üçün irəli sürülən 13 maddəlik tələbi rədd edəcəyik”.


Bu açıqlamanı Qətərin Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani verib.

ABŞ-da müxtəlif səviyyələrdə görüşlər keçirdikdən sonra İtaliyanın paytaxtı Romaya gələn əl-Sani burada təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən onu da deyib ki, ultimatumun bir neçə səbəbdən qəbul edilməsi şansı yoxdur: "Bu tələblər beynəlxalq hüquqa və Qətərin suverenlik haqlarına ziddir."

Saninin fikrincə, 4 ərəb ölkəsi ifadə azadlığına zidd tələblər irəli sürür və öz qanunsuz diktələrini Qətərə qəbul etdirmək istəyir: “Biz isə böhranda vasitəçilik etməyə çalışan ABŞ-ın da dəstəklədiyi Küveyt ilə konstruktiv bir dialoq qurmaq istəyirik. Məsuliyyət şüuruyla hərəkət edir və konstruktiv rol oynamağa çalışırıq.

Qarşıdurmalar yalnız danışıqlar yolu ilə ortadan qaldırıla bilər. Biz də məhz buna görə irəli sürülən ittihamlarla bağlı dəlillərlə tanış olmaq istəyirik. Ondan sonra bir masa ətrafında əyləşib tələbləri qiymətləndirmək olar. Qətər istənilən tələbləri müzakirəyə hazırdır. Ancaq bir şərtlə - suverenliyimizə hörmət edilməlidir. "

Siyasi ekspertlər nazirin bu fikirlərində haqsız olmadığını bildirir və Qətərin qarşısına qoyulan 13 maddəlik ultimatum tələblərini 4 qrupa ayırırlar: Qətərin suverenlik haqlarını pozan, İran əleyhinə olan, terrorla mübarizəyə dair və mətbuat azadlığına qarşı maddələr.

Nazirin də fikrindən aydın olduğu kimi, Qətər xüsusilə suverenliyinə və mətbuat azadlığına qarşı olan maddələri əsas gətirb, ultimatumun qəbul edilə bilməzliyini vurğulayır. Prinsipcə, ABŞ-ın dövlət katibi Reks Tillerson da bu maddələrdən bəzilərinin qəbulolunmazlığını etiraf edir. Di gəl ki, Qətərə qarşı koalisiyanın lokomotivi kimi çıxış edən Səudiyyə Ərəbistanı tələblərin nəinki dəyişdirilməyəcəyini, hətta bunun müzakirəyə belə çıxarılmayacağını deyir.

Elədirsə, Qətərə verilən möhlətin başa çatmasından sonra Fars körfəzində nələ baş verəcək?

Nəzərə alsaq ki, Qətər Xarici İşlər nazirinin yenidən rədd etdiyi ultimatumun möhləti bu gün başa çatır, sualın cavabı, böyük ehtimalla, sabah bəlli olacaq. Hələliksə, Qətərə qarşı koalisiyanın əsasən iqtisadi sanksiyalara üstünlük verəcəyi, “böyük qardaş” sözünə baxmayan bu zəngin körfəz cırtdanının aclıq və susuzluqla imtahana çəkiləcəyi güman olunur.

Bununla belə, körfəz ölkələri arasında yaranan böhranın soyuq müharibədən isti qarşıdurmaya keçəcəyi də istisna edilmir. Xüsusilə də ABŞ mətbu orqanlarında yer alan bəzi xəbərlər bu ehtimalı gücləndirir. Məlumata görə, ABŞ Qətərdəki öz hərbi bazasını Birləşmiş Ərəb Əmirliyinə köçürmək istəyir və Abu Dabi ilə bu barədə gizli danışıqlar aparır. Məlumat öz təsdiqini taparsa, Qətəri yaxın zamanlarda ağır günlər gözlədiyinə şübhə yoxdur.

Nədən ki, bu ölkənin suverenliyinin əsas qarantı ABŞ-ın Qətərdəki əl-Ubeyd hərbi bazasıdır. Super gücün Yaxın Şərqdəki ən böyük hərbi bazası olan əl-Ubeydin qorxusundan bu zamana qədər region ölkələri siyasi hakimiyyətlərini hədəf alan “ərəb baharı” inqilablarının dəstəkləyici Qətərə “gözün üstündə qaşın var” deyə bilmirdilər. Hərbi baza BƏƏ-yə daşındıqdan sonra isə Dohanın çəkindiriciliyi də ortadan qalxmış olacaq.

Tramp hakimiyyətinin Qətər böhranında tutduğu mövqeyə nəzər salanda da körfəzdə yaxın günlərdə isti müharibə rüzgarlarının əsəcəyi ehtimalları ortaya çıxır. Məlum olur ki, Vaşinqton bu gərginliyə nəinki laqeyd yanaşır, hətta problemi özü qızışdırır. Təsadüfi deyil ki, böhran Donald Trampın Riyad səfərindən dərhal sonraya düşmüş və ABŞ prezidenti tərəfindən açıq-aşkar körüklənmişdi. Hadisəylə bağlı sosial şəbəkələrdəki səhifəsindən öz mövqeyini paylaşan prezident Qətərə qarşı söyləmlərini gizlətməyə belə əhəmiyyət verməmişdi.

Düzdür, Trampdan fərqli olaraq ABŞ dövlət katibi Reks Tillerson daha konsrtuktiv mövqe sərgiləsə də, Qətər məsələsini ərəblərin ailə münaqişəsi olduğunu əsas gətirərək, münaqişəyə çox qarışmayacaqlarını da ifadə etmişdi. Prinsip etibarilə, bu, ərəb divlərinə “körfəz cırtdanını yeyə bilərsiniz” demək idi.

Bu baxımdan, artıq tamamlanan möhlətlə bərabər Fars körfəzində isti müharibə küləkləri də əsə bilər.

Heydər Oğuz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 4 ərəb ölkəsi Türkiyəyə qarşı hörmətsizlik nümayiş etdirib - ƏRDOĞANDAN SƏRT REAKSİYA

    4 ərəb ölkəsi Türkiyəyə qarşı hörmətsizlik ...

    25-06-2017, 13:24

  • 
  • Misir Qətərin təyyarələrinə öz hava məkanını bağlayıb

    Misir Qətərin təyyarələrinə öz hava məkanını ...

    6-06-2017, 14:39

  • 
  • Qətər böhranı: vaxt bitir, Salmanın səbri tükənir

    Qətər böhranı: vaxt bitir, Salmanın səbri tükənir ...

    2-07-2017, 13:30

  • 
  • 6 ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri dayandırıb

    6 ərəb ölkəsi Qətərlə diplomatik əlaqələri ...

    5-06-2017, 16:08

  • 
  • Prezident İlham Əliyev Qətərə rəsmi səfər edib

    Prezident İlham Əliyev Qətərə rəsmi səfər edib ...

    26-02-2017, 23:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu