GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » «Azercell»in maxinasiyaları

«Azercell»in maxinasiyaları

Tarix: 10-12-2012, 15:35 Bölmə :Ölkə Baxış: 1 065
«Azercell»in maxinasiyaları

Mobil operatorun vətəndaşlardan oğlurladığı milyonlar

«Azercell» mobil telefon şəbəkəsi ölkədə ən bahalı şəbəkədir. Ötürmə və qəbuletmə qabiliyyəti daha güclü olduğu üçün, ölkə vətəndaşlarının əksəriyyəti məhz «Azercell»-i seçirlər və beləliklə də bu şəbəkə sahiblərinin aylıq təmiz gəliri milyonlarla ölçülür. Amma bu milyonlar onlar üçün «köynəy»ə bəs etsə də, ayıb yerlərini örtmək üçün «tumana» bəs etmir. Yəqin ki, oxucular anladılar-söhbət «Azercell» mobil telefon şəbəkəsindən gedəcək. Ölkə vətəndaşlarının çoxları kimi mən də «Azercell» müştərilərindən biriyəm.
29 oktyabr 2012-ci il tarixdə təxminən saat 16-17 radələrində telefonuma «balansdan tutulma» siqnalı gəldi. Telefona baxdıqda balansımdan 2 manat 60 qəpik silindiyini gördüm. Çox təəccübləndim: axı mən heç yana zəng etməmişdim, nəyə görə bu pulu məndən tutdular? Sumqayıt şəhərinə yaxın olan bağda qaldığım üçün səhərisi gün , yəni 30.10.12 tarixində mən Sumqayıta getdim və Mərkəzi Poçt yaxınlığındakı «Azercell» Müştəri Xidmətlərinə müraciət etdim. Çox böyük nəzakətlə məni qəbul edən «Azercell» təmsilçisi mənim şikayətimi qeydə aldı və kompyuterlə mərkəzə sorğu göndərdi. Az sonra telefonuma məlumat gəldi ki, «şikayətiniz araşdırılacaq və sizə məlumat veriləcək». Bir sutkadan sonra «Azercell» in 65100 xüsusi xidmət telefonundan çox zəif eşidilə bilən səslə cavan oğlan belə dedi: «Siz 29.10.12 tarixdə gün ərzində ölkədaxili zənglər etmisiniz, ona görə də bu məbləğ balasınızdan silinib». Ha çalışdımsa mənlə danışanı başa salım ki, mən heç kimə zəng etməmişəm və söhbət heç də «gün ərzində» yox son istifadədən gedir, o sanki məni eşitmirmiş kimi əlaqəni kəsdi. Bir tərəfdən məni maraq götürdü, digər tərəfdən isə məni axmaq yerinə qoymaqları mənə çox pis təsir etdi və bu səbəbədən 02.11.12 tarixində müraciət etdiyim Müştəri Xidmətinə getdim. Bu dəfə məni təmsilçi Emil Musayev eyni nəzakətlə qəbul etdi. Nə baş verdiyini ətraflı surətdə ona danışdım və xüsusi qeyd etdim ki, birinci dəfə müraciət edəndə mən telefonuma gələn «Son istifadə 2,60 AZN, balans -0,80 AZN» yazını pozmadan əvvəlki təmsilçiyə göstərmişdim. Onu da qeyd edim ki, 29.10.12 tarixində tək bircə dəfə zəng etmişəm və bunun üçün işə məndən «son istifadə» olaraq 0.18 manat balansımdan silinib. Elə isə bu nə «son istifadəsi»dir? Emil bəy bir xeyli vaxt kompyuteri «qurdaladıqdan» sonra başladı mənə nağıl versiyaları danışmağa: Ola bilsin ki, Siz danışdıqdan sonra telefonu söndürmək yadınızdan çıxıb . Sual etdim: tutalım ki, yadımdan çıxıb (bu qətiyyən mümkün deyil, çünki hamı qəpiyinin qədrini bilir), bəs qarşı tərəf, o da yadından çıxarıb, telefonu danışıq üstə qoyub? sualına isə belə cavab verdi: Ola bilər, və yaxud cibinizdə təsadüfən düyməni basmısınız və qarşı tərəf telefonu açıb, bu minvalla da 2.60 manatlıq danışıq vaxtı gedib . Mən bir az da utrirovat edərək soruşdum : Yəni qarşı tərəf səs eşitmədiyi halda belə, saat yarım telefonu qulağında saxlayacaq? sualıma isə Ola bilər cavabını verdi. Artıq bunu heç şəhr etmək mümkün deyil. İnsan nə qədər məntiqsiz olmalıdır ki, belə ifadəni dilə gətirsin.
Bütün bunlardan sonra xahiş etdim ki, heç olmasa hansı nömrə ilə mənim 2.60 manat danışdığımı mənə desin. Emil bəy bu xidmətin ödənişli olduğunu, yəni gərəkdir ki, 1.06 manat mənim telefonumdakı balansımdan tutulsun, ancaq onda məlum olar ki, axrıncı 15 gün ərzində mən hansı nömrələrə neçə saniyə ərzində neçə manat ödənişlə zəng etmişəm. Deməli «Azercell» cibimə girdiyi azmış kimi, onun fırıldağına nə «don» geyindiyinə baxmaq üçün mən yenə nəsə ödəməliyəm. Çarə yox, bu fırıldağın məntiqli axırına çatmaq üçün razı oldum. Bu dəfə Emil bəy bəyan elədi ki, onun işlədiyi kompyuterdə hansısa texniki problem var, əgər mən həmin ödənişli cədvəli almaq istəyirəmsə, onda gərək gedim Sumqayıt şəhəri Birinci mikrorayondakı Müştəri Xidmətlərinə. Getdim, tapdım. İçəri girdikdə gördüm burada məni elə birinci dəfə qəbul edən cavan oğlan oturub. Soruşdum: «Yadınızdadırmı, mənim telefonumdakı yazı son istifadə-2.60 AZN? təmsilçi təsdiqlədi. Bir sözlə, o cədvəli çıxartdı, təbii ki, balansımdan 1.06 manat silinməklə və cədvəldən aydın olur ki, mən guya saat 1348 dən başlayaraq, saat 1607-ə qədər müxtəlif nömrələrə zəng etmişəm yəni 4 dəfə zəng etmişəm. Bunlardan isə yalnız biri 070-lə başlayan nömrə düzdür. Qalan 3 zəng isə qondarmadır. 29.10.12- tarixdə olan zəng haqqında nə mənim telefonumun yaddaşında etdiyim zənglər siyahısında, nə də göstərilən nömrələrin qəbul olunan zənglər siyahısı yaddaşında heç bir məlumat yoxdur. Mənə kontur-arqument gətirirlər ki, mən göndərdiyim zəngləri yaddaşdan silə bilərəm, yaxşı, bəs onda mən zəng etdiyim abonentlər necə, onlar da yaddaşdan mənim zəngimi siliblər? Bu suala cavab tapa bilməyən təmsilçi təzədən araşdırma üçün sorğu tərtib etdi və mərkəzə göndərdi, çünki elə onun yanında mənim guya zəng etdiyim nömrəmi yığaraq, xahiş etdim ki, qəbul olunan, zənglərin siyahısını yoxlasın, 29 oktyabrda məndən ona zəng gəlibmi. O yoxladı və əlaqə saxlayaraq bildirdi ki, 29 oktyabrda nə məndən ona, nə də ondan mənə zəng olmayıb. Təmsilçi özü də bu araşdırmaya şahid olduqdan sonra təzə sorğunu tərtib etdi. Bu sorğudan isə hələki bir xəbər yoxdur.
Bax belə, əziz oxucurlar, damla-damla, qəpik-qəpik (10-15 qəpik) «Azercell» adlı, «əjdaha» öz abonentlərinin cibinə girərək, mövcud olmayan danışıq üçün pul çıxarır və bizim isə bundan heç xəbərimiz də olmur.
İndi gəlin bir balaca riyazi hesablama aparaq görək yüksək tarifli telefon danışıqlarımızdan başqa «Azercell» cibgirləri vətəndaşların cibindən nə qədər pul çıxarırlar.
Deməli belə: əgər qəbul etsək ki, ümumən abonentlərin sayı 1 500 000-dir və orta hesabla hər ay hərəmizin cibinə ikicə manat girirlərsə, onda «Azercell» cibgirləri hər ay bizim cibimizdən nə az, nə çox 3 000 000 manat pulu elə-belə «za bud zdorov» çıxarırlar.
«Azercell» təmsilçiləri mənim narazılığımın qarşısında mənə təklif edirlər ki, mən onları məhkəməyə verim. Əgər mən «Azercell» mobil operatorunu məhkəməyə versəm, birincisi, mən 20 manat rüsum ödəməliyəm ki, məhkəmə işi araşdırmaya götürsün, ikincisi isə kəmsavad məhkəmə hakimlərinin rüşvət almadan heç bir işi araşdırmayacağını hamı gözəl bilir. Ən yaxşı halda isə hakim «Azercell»-i məndən oğurladığı 2,80 manatı mənə qaytarılması haqda hökm çıxaracaq. Bunu «Azercell» əməkdaşları çox gözəl bildikləri üçün, narazı müştərilərə məhkəməyə müraciət etmələrini çox arxayıncasına təklif edirlər. Bilirlər ki, 2-3 manat üçün heç kəs 20 manatından və boş yerə itirməli olacağı vaxtından keçməyəcək.

Fərrux Süleymanov

P.S. Hörmətli «Azercell» abonentləri, sizi bilmirəm, amma mən millətin cibinə girən bu mobil operatordan gedəsi oldum.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azercell-dən cəbhə xəttinə dəstək

    Azercell-dən cəbhə xəttinə dəstək ...

    5-04-2016, 14:32

  • 
  • Azercell Müharibə Veteranları üçün kampaniyanın müddətini uzatdı

    Azercell Müharibə Veteranları üçün kampaniyanın ...

    4-12-2015, 17:59

  • 
  • Azercell-dən rominqdə 10 sms hədiyyə!

    Azercell-dən rominqdə 10 sms hədiyyə! ...

    22-05-2015, 13:47

  • 
  • Nazirlik “Azercell” və “Azerfon”u məhkəməyə verir

    Nazirlik “Azercell” və “Azerfon”u məhkəməyə verir ...

    6-08-2013, 18:33

  • 
  • Azercell elmi dəstəkləyir

    Azercell elmi dəstəkləyir ...

    19-05-2013, 14:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu