Rusiya paytaxtı Moskvanın meri Sergey Sobyanin iyunun 4-də istefaya gedəcəyini bəyan edib.
“Media forum” saytının məlumatına görə, Sobyanin qərarını Moskva İctimai Palatasının iclasında açıqlayıb. İctimai Palatanın üzvləri Sobyaninə payızda keçiriləcək növbədənkənar mer seçkisində iştirak etmək üçün istefaya getməsini məsləhət görüblər.
Moskva merinin ölkə prezidenti Vladimir Putinə istefa ərizəsini iyunun 5-də təqdim edəcəyi bildirilir.
Rusiya qanunvericiliyinə görə, Sobyaninin istefası ilə əlaqədar seçki sentyabrın 8-nə təyin olunmalıdır. Bu seçkidə iştirak etmək üçün Sobyaninə prezidentin dəstəyi lazımdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?