Ötən gün Ağsu rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. Toyda meyxana üstündə düşən dava zamanı bir nəfər bıçaqlanıb. Kanal S xəbər verir ki, hadisə Ağsuda şadlıq evlərinin birində baş verib. Toy şənliklərində meyxana deyən İsmayılov Elşən həmyerlisi Mayilov Amidi bıçalayıb. İlkin məlumatlara görə meyxana deyən zaman Elşənin meyxanasını kəsən Amidin qardaşı mübahisəyə səbəb olub.
Məlumatlara görə hadisə zamanı Amid adlı şəxs "mənim dediyim meyxana oxunacaq" deyərək mikrofonu meyxanaçı Elşənin əlindən alıb. Bu da Elşən adlı şəxs üçün heç də xoş olmayıb. Tərəflər arasında düşən dava şadlıq evinin önündə davam edib. Bunu görən Amidin qardaşı aranı sakitləşdirmək üçün araya girib. Bu zaman Elşən üzərində gəzdirdiyi cib bıçağı ilə Amidə zərbə endirib.
Amid ağır vəziyyətdə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. Məlumatlara görə, xəsarət alan şəxs hazırda reanimasiya şöbəsində müalicəsini davam etdirməkdədir. Onun vəziyyəti isə ağır qiymətləndirir. Hadisəni törədən şəxs polis tərəfindən yaxalanıb. Hazırda Elşən Ağsu polis bölməsində saxlanılır.
Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır. Hadisənin dəqiq təfərrüatları aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?