Belfastda sammitin keçirilməsinə etiraz aksiyası keçirilib
Şimali İrlandiyanın paytaxtı Belfastda polis "Böyük Səkkizlik" (G8) sammitinə son hazırlıqları görür.Sammitdə təhlükəsizliyi təmin etmək üçün şəhərə 8000-dən çox polis əməkdaşı cəlb edilib.
"Böyük Səkkizlik" ölkələri liderlərinin görüşü Lox-Ern kurort şəhərciyində keçiriləcək. Həmin şəhərə aparan bütün əsas yollar artıq silahlı mühafizə altına alınıb, kurort şəhərciyi özü isə bir neçə perimetr metal çəpərlə əhatəyə alınıb.
Bu arada, Belfastda ötən gün sammitin keçirilməsinin əleyhdarlarının birinci nümayişi keçirilib. Aksiya iştirakçıları "Böyük Səkkizlik" ölkələrinin dünya iqtisadiyyatının problemlərini həll etmək iqtidarında olmadığını bəyan ediblər.
Polisin məlumatına görə, nümayişdə 5000 adamın iştirakı gözlənilsə də, aksiyaya 2000-ə yaxın adam qatılıb. Buna səbəb kimi isə pis hava şəraiti göstərilir. "Böyük Səkkizlik" sammitinin keçirilməsinin əleyhdarlarının növbəti nümayişi isə bu günə planlaşdırılır.
Sammit bu gün başlayacaq və 2 gün davam edəcək. Zirvə toplantısında əsas müzakirə mövzusu Suriya münaqişəsi olacaq.
Qeyd edək ki, "Böyük Səkkizlik" ölkələrinə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Rusiya, Böyük Britaniya və ABŞ daxildir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?