İyunun 3-də Bakıda gənclərin Bulvarda Türkiyədəki mitinqlərə dəstək aksiyasını işıqlandıran zaman jurnalist Rasim Əliyev vuran Səbayel rayon Polis İdarəsinin əməkdaşları tutduqları vəzifədən qovulması haqda məlumat yayılmışdı.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti də bu barədə məlumatı təsdiqləyib.Daxil olan məlumatlarda həmin polislərin işdən qovulmadıqları bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, qovulduğu bildirilən Mais (R.Əliyevi vuran) və Zahid adlı polis əməkdaşları qovulmaq əvəzinə təqaüdə çıxarılıblar. Onların təqaüdə çıxmasına az vaxt qalıbmış. Mənbənin məlumatına görə, həmin polislərin qovulmaması, sadəcə təqaüdə çıxarılması daxili işlər naziri Ramil Usubovun göstərişi ilə edilib. Mənbə deyir ki, baş vermiş hadisəyə görə, məcbur olub polislər təqaüdə çıxarılsalar da, gözdən pərdə asmaq üçün hər iki polisin qovulması haqda ictimaiyyətə yalan məlumatlar ötürülüb. Mənbə Daxili İşlər Nazirliyinin adıçəkilən polislərin qovulması haqda sənədləri cəmiyyətə təqdim etsini istəyir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?