"Save the Children" təşkilatı siyahı hazırlayıb Beynəlxalq yardım təşkilatı "Save the Children" tərəfindən hazırlanan hesabata görə, dünyada analar üçün ən çətin ölkə Konqo Demokratik Respublikası sayılır.Siyahıda 1-ci yeri Finlandiya tutub. Analar üçün ən yaxşı şərait yaradan digər ölkələr isə İsveç və Norveç olub. 176 ölkəni əhatə edən hesabatda ana sağlamlığı, uşaq ölümləri, təhsil və gəlir səviyyəsi nəzərə alınıb. Verilən məlumata görə, Hindistanda ildə 300 min körpə doğulduqdan sonra ilk 24 saat ərzində ölür. Bu, bütün dünyadakı körpə ölümlərinin 29 % təşkil edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?