Bakıda avtomobil dayanacağında baş verən yanğının Bakı Elektirik Şəbəkəyə heç bir aidiyyatı yoxdur.
Bunu SalamNews–a "Bakıelektrikşəbəkə" SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.
Onun sözlərinə görə, paytaxtda külək şəbəkəyə aid olan yüksək gərginlikli elektrik xəttlərində heç bir problem yaratmayıb və bütün yarımstansiyalar normal vəziyyətdə işləyir: “İstisna hal kimi ola bilər ki, Nizami rayonunda yerləşən cərimə meydançasın yanında hər hansı müəssisəyə gedən yüksək gərginlikli elektrik xəttində, bu, baş versin. Amma bütün bunlara rəğmən hazırda Fövqəladə Hallar Nazirliyi və müvafiq qrumlar bununla bağlı araşdırma aparırlar."
Xatırladaq ki, bu gün Nizami rayonunda yerləşən minik maşınlarının cərimə meydançasında yanğın baş verib. İlkin məlumata görə, güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb və nəticədə elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşərək 50-yə yaxın avtomobili külə döndərib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?