İyunun 19-da Fizuli rayon sakini Afət Hüseynova, oğlu, azyaşlı Fəqanla birgə intihar məqsədi ilə özunu Milli Parkda dənizə atmağa cəhd göstərib. DİN-in saytına istinadən xəbər verir ki, cəhdin qarşısı Səbail RPİ-nin əməkdaşları tərəfindən alınıb. İyunun 18-də isə Bakı şəhər sakini Ülviyyə Mahmudova intihar məqsədi ilə Milli Parkda özünü dənizə atıb. Ü. Mahmudova həmin ərazidə xidmət aparan Səbail RPİ-nin əməkdaşları tərəfindən sudan çıxarılıb.
Daha bir intihar hadisəsi isə ötən gün Qaradağ rayonu ərazisində baş verib. Belə ki, Cəlilabad rayon sakini Rəqsanə Salmanova intihar məqsədi ilə özünü körpüdən atmağa cəhd göstərib. Cəhdin qarşısı DİN-in Çevik Polis Alayının əməkdaşları tərəfindən alınıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?