gundemxeber.az Redaksiyamızın electron poçtuna Qazax rayonundan şikayət daxil olmuşdur. Məktubu olduğu kimi diqqətinizə çatdırırıq: “Qzax notariat kontorunun rəisi, kiçik ədliyyə müşaviri B.İslamov rayona gəldiyi gündən təsdiqləyəcəyi hər bir sənədə dövlət rüsumundan kənar özü ayrıca çox baha rüsum qoymuşdur. Xüsusilə də, ev,mənzil,daşınmaz əmlak, etibarnamə və vəsiyyətnamə sənədlərinin təsdiqinə 2 dəfədən çox “rüsum” alır. Notarisun bu cür rüşvətxorluğundan rayon əhalisi lap təngə gəlib. Rayonun icra və hüquq-mühafizə orqanlarının 20-25 metrliyində yerləşmiş notariat kontorundakı belə şıdırğı alverə isə aidiyyəti orqanların susması maraq doğurur. Bundan əlavə,B.İslamov notariusda “muzdlu” kadrlar da işlədir. Aldığımız məlumata görə , o, həmin işçilərə günün sonunda əldə olunan xeyirə görə 30-40 manat məvacib verir. Dövlət idarəsinə özünün dədə evi kimi baxan İslamov asanlıqla idarəyə adam da qoyub-çıxara bilir. Onun belə özbaşınalğı , görünür yuxarıdan da dəsdəklənir. Belə olmasaydı hüquq işçisi bu cür qanundan kənar əməllərinə görə hüquqi qiymətini alardı…”
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?