GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Türkmənistanın Baş prokuroru narkobaron imiş

Türkmənistanın Baş prokuroru narkobaron imiş

Tarix: 27-11-2017, 11:32 Bölmə :Ölkə / Dünya Baxış: 312
Türkmənistanın Baş prokuroru narkobaron imiş


Gurbanbibi Atajanova 10 il Türkmənistanın baş prokuroru vəzifəsində çalışıb.

Keçmiş prezident Saparmurat Niyazovun vaxtında.

Bu zabitəli qadının baş prokuror olduğu vaxtlarda bir sıra yüksək vəzifəli məmurlar korrupsiyada ittiham edilərək həbsə atılıb.

O, dövlət televiziyasında nümayiş etdirilən kadrlarda müttəhimlərə özü şəxslən suallar verər, onlara qarşı ittihamları səsləndirərdi.

1991-ci ildə Sovet hökuməti dağılanda Atajanova Respublika Prokurorluğunun əməkdaşı idi.

Həmin il baş prokurorun köməkçisi təyin edilən Atamjanova cəmi 4 ildən sonra baş prokuror kürsüsünə sahiblənir.

1995-ci ildən başlayaraq 10 il müddətində o, korrupsiyaya qarşı mübarizə kampaniyası çərçivəsində minlərlə insanı həbsə göndərir.

Bir çoxları inanır ki, hökumət üzvlərini korrupsiya ittihamı ilə həbsə atdırmaq Niyazovun heç bir məmurun vəzifədə möhkəmlənməsinə imkan verməmək siyasətinin tərkib hissəsi idi.

Hökmlər məhkəmədə çıxarılmalı olsa da, Niyazovun baş prokurorunun dilindən səslənən ittihamlar cəmiyyətdə artıq qəti hökm kimi qəbul edilərdi.

Korrupsiya ittihamı ilə tutulan vəzifəlilərin əmlakı müsadirə edilər, özləri ya həbs edilər, ya da Türkmənistanın ucqar bölgələrinə sürgün edilərdi.

2002-ci ilin noyabrında Niyazova sui-qəsd cəhdinin üstü açıldığı elan edildi.

Bundan sonra Atamjanova bu işdə şübhəli bilinənlərlə yanaşı onların ailə üzvlərinə qarşı da ittihamlar irəli sürdü.

2003-cü ildə Atamjanova 34 yüksək vəzifəli məmura qarşı iş açdı.

Onların arasında baş nazirin iki müavini, müdafiə və enerji nazirləri də vardı.

Onların hamısına qarşı korrupsiya ittihamları irəli sürüldü.

2003-cü ildə şayiə yayıldı ki, Atamjanova-nın özü də ev dustağı edilib.

Amma bir müddət sonra onun hökumətin iclasında iştirak etdiyini əks etdiyi kadrlar yayıldı.

Amma necə deyərlər, od olmasa tüstü çıxmaz.

2005-ci ildə 58 yaşında Atamjanova təqaüdə çıxdı.

Çox keçmədi ki, onun başının üstünü qara buludlar aldı.

2006-cı ilin aprelində onu narkotiklərin qanunsuz dövriyyəsində ittiham etdilər.

Onun 13 evinin, 1 kərpic zavodunun, 1 dəyirmanının, 5 avtomobilinin, 3 traktorunun, 1 buldozerinin, 2 tikinti kranının, 40 hektar torpağının, 6 milyon dollarının, 2000 baş mal-qarasının, 30 min vedrəsinin müsadirə edildiyi bildirildi.

Bunların arasında ən təəccüblüsü vedrələr idi.

Deyilənə görə, hətta Niyazov da onun qarşısında ağlayıb əfv olunmasını istəyən Atamjanovadan “30 min vedrəni niyə oğurladığını” soruşubmuş.

Vedrə məsələsi hələ də cəmiyyət üçün müəmma olaraq qalır. O zaman şayiələr gəzirdi ki, Atamjanovanın vedrələri heroin və qızılla dolu olub.

Çox keçmir ki, Atamjanova məhkum edilərək həbsxanaya salınır.

Amma onun hekayəti bununla bitmir.

Atamjanovanın narkotik ticarəti ilə məşğul olduğunu Türkmənistanın Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərlə mübarizə idarəsinin baş müstəntiqi Nikolai Gavrilov üzə çıxarmışdı. Gavrilov arvadı ilə birlikdə 2006-cı il noyabrın 6-da müəmmalı şəkildə Aşqabadda öldürülmüşdü. Qatillər indiyəcən tapılmayıb.

Gurbanbibi Atajanova-nın timsalında Orta Asiyada korrupsiyaya qarşı mübarizənin hansı eybəcər hal aldığını görmək olar.

Güman edilir ki, o, var-dövlətinin çox hissəsini elə korrupsiya ittihamı ilə tutuduğu şəxslərdən qoparıb.

10 il müddətində onun əməllərinin heç kəsə bəlli olmadığı şübhə doğurur.

Güman edilir ki, 2003-cü ildə ev dustağı edilməsi haqqında məlumat yayılan zaman əslində Atamjanovanın narkotik ticarəti ilə məşğul olan qardaşı və oğulluğu tutulubmuş.

Amma o bundan sonra da vəzifəsində qala bilmişdi.

Atamjanova 2006-cı ildə Daşoğuz həbsxanasına salınıb.

Bu, Türkmənistanın bədnam “Dəmir ledisi” haqqında sonununcu məlumatdır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bir neçə rayona yeni prokuror təyin edilib

    Azərbaycanda bir neçə rayona yeni prokuror təyin ...

    25-06-2013, 12:07

  • 
  • Azərbaycanda 3 prokuror işdən çıxarıldı

    Azərbaycanda 3 prokuror işdən çıxarıldı ...

    2-07-2013, 19:10

  • 
  • Zakir Qaralov prokuroru dəyişdi

    Zakir Qaralov prokuroru dəyişdi ...

    12-01-2015, 14:09

  • 
  • Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı dəyişdirilir

    Korrupsiyaya qarşı Mübarizə İdarəsinin adı ...

    27-01-2014, 16:45

  • 
  • ​Ukraynanın baş prokuroru istefa verib

    ​Ukraynanın baş prokuroru istefa verib ...

    19-02-2016, 13:28


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu