Hadisə bu gün saat 13:00 radələrində Şamaxı şəhəri Natəvan küçəsi 18 saylı evdə baş verib.
1976-cı il təvəllüdlü Ağayeva Tamilə Qasım qızı üstünə benzin tökərək özünü yandırıb.
Təcili olaraq Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Tamilə Ağayevanı həkimlər çətinliklə xilas edə biliblər. II və III dərəcəli termiki yanığı diaqnozu ilə cərrahiyyə şöbəsində müalicə olunan xəstənin bədəninin 54 faizi yanıb. Hazırda yanıq şokunda olan Tamilə Ağayeva 3 övlad anasıdır və həyat yoldaşı dünyasını dəyişib.
Qadının hansı səbəbdən özünü yandırmasının səbəbi hələlik məlum deyil. Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?