Bu cümlə hər hansı bir əşya, avtomobil haqqında yazılmayıb. Təəccüblü olsa da, bu sözlər körpə uşağı satan şəxs tərəfindən yazılıb. Belə ki, ata öz övladını alış-veriş saytında 10 min manata satışa çıxarıb.
Musavat.com xəbər verir ki, Orxan adlı azərbaycanlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə".
Əməkdaşımız həmin Orxan adlı şəxslə alıcı qismində əlaqə də saxlayıb. Övladını satışa qoyan ata deyib ki, bunu borcu ucbatından edir: "Borcun içində boğuluram. Uşağa baxa bilmirəm. İmkanım yoxdur. 40 günlükdür. Qiymətdə razılaşa bilərik. Hazırda uşağın qeydiyyatı 20 Yanvarda yerləşən Respublika Klinik xəstəxanasındadı. Adına keçirə bilərəm".
Əməkdaşımız bunun cinayət olduğunu xatırladıb. Bu zaman Orxan bildirib ki, "Elə bil ki, donordu. Pulsuz verirlər. Amma biz aramızda anlaşa bilərik".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?