Bakı şəhərində Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi həbs edilib. Xətai rayon Polis İdarəsindən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları 58 yaşlı Balaxan Əliyevi vətəndaşları aldatdığına görə tutub.
Texnika elmlər namizədi olan Balaxan Əliyev vətəndaşdan övladını ali məktəbə düzəldəcəyi adı ilə 8000 manat pul alaraq mənimsəyib. Vətəndaş aldadıldığına görüb polisə müraciət edib. Elə o vaxtdan B.Əliyevin barəsində dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Uzun müddət istintaqdan yayınan B.Əliyev axtarışa verilib. Xətai rayon Polis İdarəsinin əməkdşları Balaxan Əliyev ötən il oktyabrın 20-də saxlasa da, daha sonra o, istintaqdan yayınıb.
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətijəsində Cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Balaxan Əliyev dünən yenidən həbs edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?