Tükün mədədə anadangəlmə yaranma versiyası da irəli sürülür
Çəkisi 2 kiloqramdan artıq bezuar-yəni tük topası 27 yaşlı Nuranə Behbudovanın mədəsindən bir müddət əvvəl çıxarılmışdı. Həmin qız yenidən mədə və kürək nahiyəsinin ağrıları ilə respublika klinik xəstəxanasına müraciət edib. Həkimin müayinəsindən sonra məlum olub ki, mədəsinə yenidən tük topası yığılıb.
Əslən Saatlı rayonundan olan ailənin başçısı da etiraf edir ki, əqli cəhətdən qüsurlu Nuranə anasının ölümündən sonra diqqətsiz qalır. Tük yeməsi də məhz bu nəzarətsizliyin nəticəsidir.
Tük topasını endoskopik yolla çıxarmaq mümkün olmadığından cərrahiyyə zərurəti yarandı və xəstə əməliyyat olundu və nəhayət, əməliyyat uğurla başa çatdı. Tük topası qızın mədəsindən azad edildi
Cərrah Fariz Camalov xəstənin özünün tükü olub- olmadığı yoxlanılıb, bunun üçün patoloji anatomiya şöbəsinə yollanacağını bildirdi.
Qeyd edək ki, tük topası insan mədəsinə iki yolla yığıla bilir. Bunlardan biri tük udmaqla və digəri isə, fito meyvə tumlarının qəbul edilməsilə. Tükün mədədə anadangəlmə yaranma versiyası da irəli sürülür.
Sorğu
Yeni dizaynımız necədir?