"Dünən Şüvəlandakı çimərlikdə idik. Oğlumun maşınının kapotunun altına gürzə girdi. O, kapotu açanda ilanı mühərrikin üstündə gördü. Fövqəladə Hallar Nazirliyinə zəng vurduq. Orada dedilər ki, belə məsələlərlə məşğul olmurlar. İlanı su, səs-küy, sarımsaq vasitəsilə qovmaq istədik, alınmadı. Belə hallarda hansı struktur yardım edir?" - oxucu soruşub.
Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt"inin əməkdaşı belə problemlərlə strukturun məşğul olmadığını deyərək Elmlər Akademiyasının Zoologiya İnstitutuna müraciət etməyi məsləhət bildi. Lakin həmin strukturla əlaqə saxlamaq müşkülə çevrildi.
Bioloji Müxtəliflik Mərkəzinin direktoru Təvəkkül İsgəndərovun dediyinə görə, ölkədə əhaliyə ərazinin ilanlardan təmizlənməsi üçün pulsuz xidmət göstərən struktur yoxdur.
"Bizim strukturlar vətəndaşlara pullu xidmət göstərir. Bu və digər şəxslə ərazinin ilanlardan təmizlənməsi ilə bağlı müqavilə imzalayırıq. İşə görə ödəniş ərazinin sahəsindən asılıdır. Oxucuya yardım etməyə hazırıq. Mənimlə əlaqə yaratsın, bütün gərəkli tədbirləri görərik", - T.İsgəndərov dedi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?