Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Goranboy rayonunun Borsunlu kəndinin cənubundakı təmas xəttində monitorinq keçirib. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, səhra köməkçiləri Yevgeniy Şarov və Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Xristo Xristov izləyib.
Nümayəndə heyəti rayon İcra hakimiyyətində olub. Onlara məlumat verilib ki, ötən ayın 14-də keçirilən sonuncu monitorinqdən sonra ermənilər atəşkəsi 69 dəfə pozub. Milli Ordunun və yaşayış obyetkləri ümumilikdə 19 saatdan çox atəşə məruz qalıb. Həmçinin o da bildirilib ki, atəşkəsin pozulması nəticəsində 30 başdan çox mal-qara tələf olub.
Sorğu
Yeni dizaynımız necədir?