Rusiya paytaxtında erməni terror təşkilatı reklam olunur. Rusiyada yaşayan həmvətənlərimizin.Moskva şəhərində arxa şüşəsində “ASALA” yazılmış maşın var. Həmin maşın şəhərdə terror təşikatını reklam edir və buna qarşı Rusiya hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmür.
Həmvətənlərimiz həmin avtomobilin fotosunu bir müddət əvvəl Moskva şəhərinin Domodedovo hava limanı yaxınlığında çəkərək Milli.Az-a göndəriblər.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Milli.Az-a açıqlamasında bildirdi ki, ASALA dünyada terror təşkilatı kimi qəbul olunub və beynəlxalq qurumların siyahısındadır. Ona görə də inanmıram, Rusiya hüquq-mühafizə orqanları bu məsələni bilsinlər və reaksiya verməsinlər. Digər tərəfdən, Rusiyada erməni lobbisi çox güclüdür. Bir çox nöqtələr onların əlindədir, arxalarında isə ciddi siyasi və biznes qüvvələri dayanır. Ona görə də ermənilər çəkinmədən terror təşkilatını reklam edirlər.
QAT sədrinin sözlərinə görə, ermənilərin bu təşkilatı təbliğ etməklə nəyə nail olmaq istədikləri aydın deyil: “ASALA yox kimi bir təşkilatdır. Hesab edirəm ki, ASALA-nı bu şəkildə təbliğ etmələri başa düşülməyən bir formadır, anlaşılmaz bir aksiyadır. Ola bilər, həmin şəxsin ASALA-ya xüsusi münasibəti var. Ermənilər hamısı xəstədir. Bəlkə də, reklam edən də xəstə ermənidir və özünü bu formada göstərmək istəyir”.
A.Nağının fikrincə, Azərbaycan və Türkiyə dövləti bu məsələlərə ciddi reaksiya verməlidir. Çünki ASALA Qarabağ müharibəsində terrorların həyata keçrilməsində iştirak edib. Ötən əsrin 70-ci illərdə ASALA tərəfindən türk diplomatlara qarşı terrorlar törədilib. Azərbaycan tərəfi bu məsələni ən azı Rusiya Xarici İşlər Nazirliyinin diqqətinə çatdırmalıdır.
Millət vəkili, Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fərəc Quliyev isə saytımıza bildirdi ki, dünyada terrorizmə və narkotiklərə qarşı bir qayda olaraq mübarizə forması eynidir. Bu tip cinayətlərin məkanı olmur və bunu hansı millətin etməyindən asılı olmayaraq onlara qarşı hamı mübarizə aparır. Bu gün Rusiyada istər ASALA, istərsə də PKK və ya başqa bir terror təşkilatının reklamı gedirsə, bizim xəbərdarlıq edib-etməməyimizdən asılı olmayaraq həmin dövlət öz mövqeyini bildirməlidir.
Millət vəkili hesab edir ki, əgər etmirsə, terrorizmi müdafiə edən ölkə imicini qazanmış olacaq: “Bizim dövlət orqanları da - həm Xarici İşlər Nazirliyi, həm də hüquq-mühafizə orqanları - Rusiyanın müvafiq qurumlarına məlumat verməlidir. Hesab etmirəm ki, Rusiya hüquq-mühafizə orqanlarının bu məsələdən xəbəri yoxdur. Əgər siz jurnalist burada bu məsələdən xəbərdarsınızsa, Rusiya bu məsələdən çoxdan məlumatlıdır. Bu Rusiyanın mahiyyətindən xəbər verir. Hər halda prosesi özbaşına buraxmaq olmaz, tədbirlər görmək lazımdır”.
Sorğu
Yeni dizaynımız necədir?