Qoç - ayın ən yaxşı günüdür. Maddi və maliyyə məsələlərində irəliləyişlər olacaq. Baş verənlərə realist nəzərlərlə baxın.
Soyuqqanlı, təmkinli olun. Belə davransanız, yalançı dostlar və yanlış addımlardan qorunarsınız. Sürətli, aqressiv iş görməyin.
Maliyyə durumunuz ilə bağlı bütün işlərdə qətiyyətli olun. Maddi durumunuz laübəlidirsə, problemi özünüz həll edin. Sizə yardım edən olmayacaq.
Buğa - bu gün işlərin əksəriyyətini uğurla yerinə yetirmək olar. Narahat olmayın, təlaşa düşməyin.
Daxili müvazinəti qoruyun: bu, əsas məsələdir. Çətin vəziyyətlərdə intuisiyanızı dinləyin. Yaxın ətrafınızdakı insanların, habelə ailə üzvləri və qohumların məsləhətlərini qulaqardına vurmayın.
Şəxsi işləriniz və ya ailə qayğılarından biri çox intensiv yerdəyişmələri tələb edir.
Məlumat və ya xəbər axtarışı, telefon danışığı, yazışma yaxşı nəticə verəcək. Sağlam məntiq çərçivələrindən kənara çıxmayaraq əylənə bilərsiniz.
Əkizlər - məntiqli, diqqətli, sayıq olun. Romantik hisslərə və ani hisslərə uymayın, praktik davranın.
İşgüzar görüşlər, qısa səfərlər, kiçik anlaşmalar, sövdələşmə və anlaşmalar üçün münbit şərait yaranıb.
Planlarınız və niyyətiniz barədə kimliyinə yaxşı bələd olmadığınız insanların yanında danışmayın. Realist olun, həyata keçirə biləcəyiniz məqsədlərə doğru irəliləyin.
Cari problemləri həll edin. Sabahkı günə hazırlaşın və özünüzdən əsla bədgüman olmayın.
Xərçəng - uğur yaxındadır, amma tənbəl və ətalətli olsanız, ona nail ola bilməyəcəksiniz. Bu gün yaranan şanslardan istifadə edin, imkanları əldən verməyin.
Narahat olmayın, müvəffəqiyyət üçün sizdən titanik zəhmət və müstəsna əmək tələb olunmur. Görüş, müzakirə və ya səfərdən boyun qaçırmayın.
Alış-veriş zamanı utilitar təsərrüfat ehtiyaclarını nəzərə almaqla yanaşı, əzizlərinizi də düşünməyi unutmayın.
Axşam saatlarında sevdiyiniz insana kiçik hədiyyə verin.
Şir - enerjinizi praktiki işlərə sərf edin. Konkret addımlar və ya qərarlar olmasa, atəşin çağırışlarınızda emosional bəyanatlarınız heç bir nəticə verməyəcək. İşdə çalışdığınız insanın dərdinə şərik olun.
Normal münasibətləri eqoist istəklər və tələblərlə əvəzləməyin. Peşəkar ünsiyyətin rəsmiyyətini azaldın.
Cari işləri etibar etdiyiniz insanla müzakirə edin. İlkin mərhələdə olan işinizin təfərrüatları barədə tanımadığınız insana danışmayın.
Bəzi məqamlar sirr qalmalıdır ki, irəliləyə biləsiniz.
Qız - psixoloji komfort və təhlükəsizlik hissi güclüdür. Kiçik uğurlar seriyası əhvalınızı yaxşılaşdıracaq, özünüzə əminlik yaradacaq və gələcəyin yaxşı olacağına inandıracaq. Belə vəziyyətdə isə, məlum, işlər yaxşı gedir.
Maliyyə problemləri, işdəki münasibətlər və şəxsi həyatdakı təmaslarda yaranan sərinlikləri, əsən anlaşılmazlıq yellərini müvəqqəti hal sayın.
Sənədləşdirmə, əmlak və hüquq məsələlərində irəliləyişlər olacaq. Alış-veriş üçün pis gün deyil.
Uzaqdakı qohum və ya tanışdan xəbər gələcək. Axşam saatlarını əyləncəyə ayırın.
Tərəzi - estetlik etmək, gözəllik və dünyadakı pis işlərin qarşısının alınması barədə fikir mübadiləsi aparmaq əvəzinə real işlə məşğul olun.
İş, ailə, mənzil və maddi problemləriniz indi sıx bağlıdır. Məhz onların çulğalaşmış simbiozu bugünkü fəaliyyətin istiqamətlərini müəyyənləşdirir.
Əvvəllər topladığınız maliyyə və ya qənaət etdiyiniz məbləğ problemlərin həllinə başlamağa imkan verəcək.
Borc ala bilərsiniz. Amma bu məbləğ çox olmasın ki, sonra zəmin borcu qaytarmaq üçün çətinlik çəkməyəsiniz.
Əqrəb - təmkinli, səbrli, məntiqli olun. Yaşanan hadisələri soyuqqanlı şəkildə təhlil edin. İstənilən problemi emosional şəkildə, dərhal çözməyə çalışmayın.
Yaxın ətrafınızdakı insanlarla aranızda bəlli məsafə saxlayın. Amma o məsafənin soyuq laqeydliyə çevrilməsinə rəvac verməyin. Xəsislik, laqeydlik, başqalarının qayğılarına saymazyana yanaşma tərzi sizə xas məziyyətlər olmamalıdır.
Lider roluna iddialı olmayın. Bunun əvəzinə yaxın ətrafınızdakı insanların tələbatlarını nəzərə alın. Xoş işlər görmək, insanlara qayğı və şəfqət nümayiş etdirməkdən çəkinməyin.
Ailənin mənafeyi naminə maraqlarınız, yazılmamış qanunlarınız və vaxtınızı qurban verin.
Oxatan - səhər saatlarındakı gərgin və intensiv hadisələr vaxt ötdükcə sakitləşəcək, aram hal alacaq, rəvanlaşacaq.
Sənədləşdirmə, hesabatların tərtibatı, hüquqi məsələlərin müzakirəsi, dövlət qurumlarının mənsubları ilə söhbət zamanı maraqlarınızın təminatına çalışın.
İfrat dərəcədə yumşaq olmayın, əks halda qorxaq və bivec insan kimi tanına bilərsiniz. İşdə həmkarlarınızla həllini gözləyən problemi müzakirə edin.
Eşitdiyiniz məsləhətlər sizə seçim etmək, münasibətləri normallaşdırmaq, çətinliyi aradan qaldırmağa yardım edəcək.
Oğlaq - rahat, əlverişli, ruzili gündür. Şərtlərin düşərli sıralanması sizdə sabitlik və əminlik hissləri yaradacaq. İnsanlarda yalnız mənfi cəhətləri görməyin.
Əhvalınız və səhhətiniz yaxşılaşacaq, çətin situasiyaların həll yolları tapılacaq. Sizə əziz olan insanlarla məntiqi kompromisi seçin. Qayğınızı praktiki, gerçək jestlərlə təsdiqləyin.
Barışmaq, görüş, etiraf üçün əlverişli gündür. Səhər saatlarında başladığınız işi başa vurmağa çalışın.
Mövqelərinizi qoruyun, kiçik dünyanızı hifz edin.
Dolça - qarışıq, çətin, problemli gündür. Uğura inamınız zəifləyir. Ailə münasibətlərində, işdə çətinliklər yaranır. Ünsiyyətdə emosional xəsislik etməyin.
Qıcıqlanmayın, inadkar olmayın. Sonradan peşman ola bilərsiniz. Kompleksləriniz və pis vərdişlərinizin köləsi olmayın.
Çəkinizdən narazısınızsa, orqanizminizə divan tutmayın. Münasibətlərin aydınlaşdırılması üçün yaxşı gün deyil.
Yaxınlarınız arasında yardıma ehtiyacı olan insana kömək edin. Axşam saatlarında istirahət edin.
Balıqlar - gözləntiləriniz reallaşır, günün hadisələri sizi sevindirir. Müsbət emosional durum sizə özünüzə inanmağa, doğru qərarlar qəbul etməyə və məqsədə minimal itkilərlə çatmağa imkan verəcək.
Alış-veriş uğurlu ola bilər. Yaxın ətrafınızdakı insanlarla konkret, praktiki məsələləri müzakirə edin.
Ailə qayğıları və ev işlərinə xüsusi diqqət ayırın.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?