Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlanması ilə əlaqədar bu gün fətva verib. Şuranın bu gün keçirilən iclasında bildirilib ki, Ramazan ayının ilk günü bu il miladi təqvimlə iyulun 10-da başlayır və iyulun 9-u orucluğun niyyət gecəsidir. Ehtiyatən iyulun 9-u qəza və ya müstəhəb niyyəti ilə oruc tutmaq məsləhətdir. Ayın görünməsindən asılı olaraq Ramazan Bayramı Şəvval ayının birinə (miladi təqvimlə avqustun 8-i və ya 9-na ) təsadüf edəcək.
QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.
Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayında hamını səbrli olmağa və Allah yolunda xeyirxah işlər görməyə çağırıb.
Sorğu
Yeni dizaynımız necədir?