Ermənilər üçün ən uzun türk dolması Ümumerməni dolma festivalının yeni sürprizləri barədə...Türkdən oğurladıqları hər şey ermənilər üçün çox əzizdir - o cümlədən dolma. Bu yeməyin türklərə məxsus olması hamıya məlumdur - adı türkcədən gəlir və Urumçidən Ədirnəyə qədər bütün türk ölkələrində bişirilir. Amma di gəl ki, dünyanın ən qədim hər şeyinə iddia edən qonşularımız bu türk yeməyinə də sahib çıxmağa çalışırlar və hətta hər il ümumerməni dolma festivalı keçirirlər.
Hətta bunun üçün "Erməni mədəni ənənələrinin inkişafı və qorunması" adlı ictimai təşkilatı da yaradıblar. Həmin təşkilatın rəhbəri Sedrak Mamulyan bu il dolma festivalının iyulun 10-da Sardarapatda keçiriləcəyini deyib.
O, hətta öz soydaşlarını sürprizlə sevindirəcəyini deyib: "Ən uzun dolma nümayiş etdiriləcək". Nə isə, Allah qüvvət versin… Klassik erməni istəyidir, türkdən gələn hər şeyin uzununu istəyirlər.
Sorğu
Yeni dizaynımız necədir?