İlahi, bu gün mənim üzümə Cənnət qapılarını açıb Cəhənnəm qapılarını bağla!
01 ramazan 1434 – 10 iyul 2013
İmsaq: 04.49 İftar: 21.29
1-ci günün duası: Allahumməftəh li fihi əbvabəl-cinan.Və əğliq ənni fihi əbvabən-niran. Və vəffiqni fihi litilavətil- Quran. Ya munziləs-səkinəti fi qulubil muminin.
(İlahi, bu gün mənim üzümə Cənnət qapılarını açıb Cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə rahatlıq bəxş edən Allah!) Amin!
Ayə: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz.” /Bəqərə-185/
Hədis: “İslam dini, Allahdan başqa haqq ilahın olmadığına və Məhəmmədin Allahın rəsulu olduğuna inanmaq, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan ayında oruc tutmaq olaraq beş əsas üzərində qurulmuşdur”.
Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi isternet saytından götürülüb.
Ps. Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10 – 15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?