Bakıda qanlı cinayətin üstü 45 gün sonra açıldı Bakıda 2 nəfəri bıçaqlayaraq gizlənən şəxs tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumata görə, Nizami Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 25-də Oqtay Məmmədxanova bıçaqla xəsarət yetirmiş Ağdam rayon sakini Kənan Şükürov tutulub. Əməliyyat tədbirləri nəticəsində onun Fərrux Abbasova da bıçaqla xəsarət yetirməsi müəyyən edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?