Qoç - Yüksək işgüzar aktivlik, yaşam arealınıza maraq günüdür. Gəldiyiniz nəticələr gözlənilməz olsa da, dürüstdür. Qərarlarınızı məqsədə çatmaq üçün irəliləyişə uyğunlaşdırın. Tutduğunuz mövqeləri möhkəmləndirməyə çalışın. Çalışmaq istədiyiniz strukturun rəhbəri ilə görüşmək olar. Maliyyə durumunuzu qaydaya salın. İşlərin inkişafını mövzunu bilən insanlarla müzakirə edin. Günün ikinci yarısında önəmli hadisə baş verəcək. Yaxın ətrafınıza diqqətlə baxın. Yaxşı tanıdığınız insanlar arasında diqqətinizə layiq şəxs var.
Buğa - Gələcəyə əminlik və nikbinliklə baxın. Hansısa iş plan üzrə getməzsə, narahat olmayın. Problem yaranmış sahədə detallarla təfərrüatları yeniləyin, məcranı qaydaya salın. Nəzarətsiz qoyduğunuz işlərdə gözlənilməz hadisələr yaşana bilər. Yaranan müşkülləri nizamlayın. Çılğın olmayın, emosiyalarınızı cilovlayın. Narahatlığınızı ətrafınızdakı insanlar duymamalıdırlar. Şəxsi münasibətərdə təmkinli olun. Sevdiyiniz insan sizi etibarlı dayaq saymalıdır. Kimsənin buna şühbə etməsinə imkan verməyin.
Əkizlər - Mümkün qədər çox iş görməyə çalışırsınız. Təəssüratlar və emosiyalar bir gün üçün yetərincədir. Belə getsə, günün sonunda həddən ziyadə yorulacaqsınız. Yalnız öz intuisiyanıza bel bağlamayın. Beyniniz yorula bilər. Sizdən yaşlı, təcrübəli və ya informasiyalı olan insana məsləhət üçün üz tutun. Maliyyə məsələləri ilə bağlı riskli, xoşagəlməz situasiyalar ola bilər. Təkidlə sizə təsir etməyə çalışan insanlara əsla inanmayın. Gələcəklə bağlı planlar ailədə mübahisəyə və fikir anlaşılmazlığına səbəb ola bilər. Fəqət qarşınızda duran bütün problemləri həll etmək olar. Kompromiss axtarışı çox çəkməyəcək.
Xərçəng - Nəticəyə dərhal nail olmağa imkan verməyən işlərlə də məşğul olun. Səbrli davranın. Hadisələri tələsdirməyin - süni təkana da ehtiyac yoxdur. Əlverişli situasiyanı nə qədər çox gözləsəniz, sonuc bir o qədər yaxşı olacaq. Uzunmüddətli kredit götürmək və ya bahalı əşyanı kreditə almaq üçün əlverişli zamandır. Nağd pulla xırda əşyalar almayın. Yaşamınızın sakit axarını kiçik çalxalanma pozacaq. Hadisələrin mənfi fəsadları yoxdur. Sevdiyiniz insanın sizi qısqanması və ya ona yetərincə diqqət ayırmamağınızdan şikayətlənməsi istisna deyil. Əks tələblər və iddialarla çıxış etməyin, müdrik olun.
Şir - Çətin işlərdən qorxmayın. Praktik davransanız, onların öhdəsindən gələ bilərsiniz. Təhlil aparmaq, ətrafınızı nəzarətdə saxlamaq və eyni zamanda praktiki davranmaq izafi problemlər yaratmır. Etibarlı və bacarıqlı yardımçıya ehtiyacınız var. Yaxşı bələd olduğunuz insanlardan biri ilə tərəfdaşlığa başlamaq olar. Dostlarınız sizə yardım etməyə hazırdırlar: yetər ki, istəyəsiniz. Günün ikinci yarısında önəmli görüş və ya danışıqlar ola bilər. Maraqlarınızın təminatına çalışın. Şansı əldən verməyin. Axşam saatlarında aktiv istirahəti seçin.
Qız - Bir neçə gün əvvəl başladığınız işi tamamlayın. Əməyinizin nəticələri gözləntilərinizdən də yaxşı olacaq. Yeni işlərə başlamağa, qayğılara qatılmağa tələsməyin. Bir qədər durun, nəfəs dərin. Hansı işi ilk növbədə görmək gərəkdiyini müəyyənləşdirin. Emosional fon stabil deyil. Yaxın ətrafınızdakı insanlardan bir neçəsinin qayğınıza, xoş sözlərinizə, diqqətinizə ehtiyacı var. Könül almaq ən müdrik məsləhətdən yaxşı effekt verəcək. Sevdiyiniz insanın davranışlarında yeni cizgilər var. Lakin bu, münasibətlərin aydınlaşdırılmasına başlamaq üçün səbəb deyil. Narahatlıq, təlaş və ya qısqanclıq üçün heç bir səbəb yoxdur.
Tərəzi - Səfərə və ya səyahətə yollanmaq istəyirsinizsə, yeni, parlaq və unudulmayacaq təəssüratlara hazır olun. Diqqətinizi işdən yayındırmayın. Tənbəllik, istirahət və ya əyləncə zamanı deyil. Yalnız bir işin qulpundan yapışıb başqa önəmli problemləri unutsanız, sizi narahat edən suallara cavab tapmayacaqsınız. Şəxsi münasibətlərdə ekstensiv siyasət yürüdün. Problem nə qədər önəmli olursa-olsun, yalnız ona vaxt ayırmayın. Günün ikinci yarısında hadisələr müxtəlif, çeşidli və parlaqdır. Sadəcə, ətrafınızda cərəyan edənləri diqqətlə müşahidə edin. Taleyinizdə xoş yeniliyə çevrilə biləcək insan yanınızdadır.
Əqrəb - Bir zamanlar həyatınızda önəmli yer tutmuş insanlarla ünsiyyət üçün əlverişli gündür. Nisgil və keçmişə qayıdışdan yox, münasibətlərdə yeni mərhələdən bəhs edirik. Bu mərhələ təmaslara indiyədək misli görünməmiş təkan və məna verə bilər. Maliyyə məsələləri ilə bağlı problemlər yaranarsa, köhnə dostlara müraciət edin. Borc verməkdən daha çox, sizə qazanc əldə edə biləcəyiniz yolu və ya yeri göstərəcək insana üstünlük verin. Günün ikinci yarısı dalğalanan hisslərin sakitləşməsi üçün önəmlidir. Önəm verdiyiniz insanla mühüm məsələni müzakirə edin. Görüşdə təsadüfi mövzuları müzakirə etməyin. Səbrli və təmkinli olun.
Oxatan - Ətrafınıza diqqətlə baxın. Başınız öz işlərinizə qarışıb hər şeyi unutsanız, rəğbət bəslədiyiniz insanlarla münasibətləri korlaya bilərsiniz. Hadisələrin axarında dönüş etmək, yeni tanışlara baş çəkmək, çoxdan bəri sizi müşahidə edən insanda xoş hisslər yaratmaq üçün əlverişli gündür. Tamaha güc gəlin, hisslərə aldanmayın. Bu gün qarşınızda çox cazibədar və maraqlı tələ var. Lakin səbirli davranaraq o tələyə düşməyin. Üstəlik, yaşanacaq hadisəni gizli saxlamaq üçün nə qədər səy göstərsəniz də, bu olay bir müddət sonra faş olacaq. Qısamüddətli əyləncəyə görə həyatınızda ciddi problemlər yaratmağa dəyərmi?
Oğlaq - Hərəkətləriniz və əməllərinizə rəğmən qəfil uğur sizi sevindirəcək. Belə gözlənilməz hədiyyəyə görə taleyinizə minnətdar olun. Nailiyyət ilk baxışdan kiçik, önəmsiz təsir bağışlaya bilər. Lakin az sonra anlayacaqsınız ki, gözləntilərinizdən artığına nail olubsunuz. Maliyyə məsələlərində ciddi dəyişikliklər olmayacaq. Gəlir və pullar əvvəlcədən təxminlədiyiniz məbləğdə olacaq. Maddi durumunuzu yaxşılaşdırmağın yollarını arayın. Aktiv olun, fatalistlik etməyin. Maraqlı, qeyri-adi cəhdlər üçün əlverişli gündür. Sevdiyiniz insan sizə "şərik" ola bilər. Təkid etməyin. Liderlik istəyinizi hələlik təxirə salın.
Dolça - Yazılmamış qanunlara, qaydalara və adətlərə riayət edin. Əvvəlcədən hazırlanmış plan üzrə hərəkət etsəniz, sizi uğur gözləyir. Tərəddüd etsəniz və özünüzü dəyişkən şərtlərdən asılı duruma salsanız, kiçik uğurlarla və cüzi irəliləyişlərlə kifayətlənməli olacaqsınız. Şəxsi münasibətlərdə son günlər sakitlik müşahidə olunur. Fəqət zahiri sükutun arxasında laübə və təlatüm var. Sevdiyiniz insana təzyiq göstərməyin, bütün problemləri bu gün həll etməyə çalışmayın. Macəra və sərgüzəşt aramayın.
Balıqlar - İşlərin sayını həddən ziyadə artıraraq özünüzü hədsiz dərəcədə yormayın. Təkbaşına çalışın, planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin. Cari problemlər arasında ən mühümünü həll edin. Əks təqdirdə yarımçıq qalmış işlə bağlı fikirlər sizdə nigaranlıq yarada bilər. Günün ikinci yarısında yaxın perspektivlərinizdə mühüm rol oynaya biləcək insanla tanışlıq istisna deyil. Alış-veriş üçün əlverişli gün deyil.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?