Ölkədə prezident seçkilərinə az qaldıqca, internetdə qızğın siyasi təbliğat-təşviqat getdikcə indiki hakimiyyətin dəyişməsinə dair çağırışlar şərhlərdən, rəylərdən və sosial şəbəkə statusları çərçivəsindən çıxmağa başlayır. Bu çağırışlar paytaxtın küçələrində inqilaba çağırışlar şəklində peyda olmağa başlayıb.
Belə ki, paytaxtın “Gənclik” metrosu həndəvərindəki küçələrdə bu gün növbəti belə inqilabi təbliğat materialı müşahidə olunub. Orada divara inqilabi çağırış asılıb. İnqilabın simvolu olan qırmızı fonda qara həfrlərlə bu ifadələr yazılıb: “Hakimiyyətin mənbəyi sənsən!”; “Hakimiyyətdən qorxma!”; “Hakimiyyətə etiraz et!”; “Hakimiyyəti dəyiş!”. Bütün bu cümlələrin sonunda isə iri bir nida işarəsi qoyulub...
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?