Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı məlumat yayıb.Həmin xəbərləri təqdim edirik:
İyulun 14-ü saat 00.30 radələrində Bakı Beynalxalq Avtovağzal Kompleksində Zaqatala rayon sakini Səlim Səfərov mübahisə zəminində Bakı şəhər sakini İlahi Kamilova bıçaq xəsarəti yetirdiyinə görə Binəqədi RPİ PPXB və 40-cı PB-nin əməkdaşları tərəfindən tutulub.
İyulun 14-ü saat 07 radələrində Mərdəkan çimərliyində Bakı şəhər sakinləri - Xəqani Əliyev və Eldar Rəhimov Sabirabad rayon sakini Zaur Kaxidzeyə məxsus 2 ədəd mobil telefon, açarlar, geyim əşyaları və Bakı şəhər sakini Ceyhunə Məmmədovaya məxsus mobil telefonu oğurladıqları üçün Xəzər RPİ 1-ci PB və PPXB-nin əməkdaşları tərəfindən saxlanılıblar.
İyulun 14-ü saat 08.30 radələrində Lökbatan qəsəbəsində Gəncə şəhər sakini Emil Bədəlovun idarə etdiyi «Shagman» markalı və Abşeron rayon sakini Fariz Ələkbərovun idarə etdiyi «Daewoo» markalı avtomaşınlar toqquşub nəticədə F.Ələkbərov, sərnişinləri - Yaqub Mustafayev, Nailə Mustafayeva xəstəxanada yardım alıb evə buraxılıb, digər sərnişin Nafilə Balakişiyeva isə hadisə yerində ölüb.
İyulun 15-i saat 01:50 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Əmir Mirzəyev idarə etdiyi «Daewoo» markalı avtobus ilə Şaban Yunisovu vurub, sonuncu xəstəxanaya daxil olub və orada ölüb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?