Bakıdakı konsul Behzat Erdem bu xəbəri yayan “Hürriyet” yazarı Yalçın Bayerlə əlaqə saxlayıb
Türkiyənin Bakıdakı səfirliyi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türk mühafizəçisinin güllələnməsini araşdırır. Bu məlumatı A.Məmmədovun mühafizəçisi, Türkiyə vətəndaşı olan keçmiş polis əməkdaşı İsmayıl Gəncin nazir oğlunun azərbaycanlı mühafizəçiləri tərəfindən güllələnməsi barədə xəbəri ilk dəfə yayan “Hürriyet” qəzetinin yazarı Yalçın Bayer bugünkü köşə yazısında verib. Y.Bayer yazıb ki, nazir oğlunun türk mühafizəçisinin güllələnməsi ilə bağlı xəbərdən sonra ona çoxsaylı e-mail-lər gəlib, Bakıdan jurnalistlər də yazarla əlaqə saxlayaraq bu xəbərin qaynağı ilə maraqlanıblar. Ancaq onlar “bu xəbəri necə yazacağımızı özümüz müəyyən edəcəyik” deyiblər.
Y.Bayer isə jurnalistlərə xəbərin qaynağı ilə bağlı məlumatları verməyib. Bununla belə o, Türkiyənin Bakıdakı səfirliyinin konsulu Behzat Erdemə xəbərlə bağlı detalları çatdırıb. Y.Bayer yazıb ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun Bakıda səfərdə olduğu bir vaxtda səfirliyin konsulu ona zəng edərək mühafizəçinin güllələnməsi olayı ilə maraqlanıb. Y.Bayer yazısında həmçinin Anar Məmmədovun vəkilinin bu qalmaqalla bağlı hazırladığı təkzib mətnini də yayıb. Eyni zamanda bildirib ki, gəlişmələri izləyir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?