Niyaməddin Eyvazov Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə rəis təyin edilməsi ilə bağlı xəbər həqiqətə uyğun deyil. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu haqda mətbuatda yayılan xəbərlərin heç bir əsası yoxdur.
Qeyd edək ki, ötən gün KİV-də daxili işlər naziri Ramil Usubovun yeni əmr imzalayaraq Niyaməddin Eyvazovu Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə rəis təyin etməsi haqda xəbər yayılmışdı.
O, daxili işlər nazirinin müavini, general Vilayət Eyvazovun qardaşı oğludur.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?