Dünən Samur-Abşeron kanalında batan şəxsin axtarışları başa çatıb
Dünən Samur-Abşeron kanalınının Abşeron rayonunun ərazisindən keçən hissəsində (ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 10 km məsafədə, nəzarətsiz ərazidə) batan şəxsin cəsədi tapılıb. Fövqaladə Hallar Nazirliyinin saytına istinadən məlumata görə, 2003-cü il təvəllüdlü Həsənov Namiq Nəsimi oğlunun axtarışları başa çatıb.
Onun cəsədi dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən, təxminən, 4 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?