Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal balı aşağı salıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal keçid balı əvvəlcədən nəzərdə tutulan 250 baldan 150 bala endirilib. Bundan başqa, qeyd olunan nəticə göstərən abituriyentlərin imtahan fənlərinin hər hansı biri üzrə nisbi balı 10-dan az ola bilər. Beləliklə, III qrup üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?