İyulun 23-də Rusiyanın Vladivostok şəhərində azərbaycanlı biznesmen Telman Məmmədov öldürülüb. Hadisə “Orpok” meyvə-tərəvəz kompleksi yaxınlığındakı kafedə baş verib. Naməlum şəxs kafenin pəncərəsindən azərbaycanlıya bir neçə dəfə odlu silahdan atəş açaraq hadisə yerini tərk edib.
Başından və sinəsindən güllə yarası alan Telman Məmmədov dərhal xəstəxanaya çatdırılsa da, xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
T. Məmmədovun Tovuz rayonunun Aşağı Quşçu kəndindən olduğu bildirilir.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Qatilin axtarışları davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?