Hazırda Azərbaycan toylarında bəylə gəlinin müxtəlif mahnılara, hətta “remix” olunmuş musiqi sədaları altında rəqs etməsi geniş yayılıb. Bunun üçün aylarla rəqs məktəbinə gedib hazırlaşanlar da olur. Bu mahnılar arasında xarici mahnıların geniş yer aldığı da heç kimə sirr deyil. Maykl Cekson, Madonna və digər məşhurların repertuarından götürülmüş mahnılar bir-birinə calaq edilir və “möhtəşəm” rəqs hazırlanır. Amma nədənsə cütlüklər Azərbaycan musiqisinə nadir hallarda müraciət edir. Belə bir zamanda erməni toylarında Azərbaycanın milli rəqsi “Uzundərə”ni özününküləşdirib, hələ utanmadan bu musiqiyə “Armenian weeding song” adı altında kollektiv şəkildə rəqs etmələri diqqət çəkib. Xeyli baxış sayı toplayan görüntülərdə sırf Azərbaycan milli koloriti və rəqs üslubu əks olunub. Milli musiqimizin və milli rəqsimizin mənimsənildiyini açıq-aydın göstərən həmin video görüntünü təqdim edirik.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?