Gəncədə Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında intihara cəhd edilib. Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Çimnaz Hacıyeva Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibatı binasının qarşısında üzərinə neft tökərək özünü yandırmaq istəyib. Ətrafdakı şəxslərin səyi nəticəsində qadının əlindən kibriti almaq mümkün olub. Nizami rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gələrək araşdırma aparıblar. Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Ç. Hacıyevanın qızı Bəsti Məmmədova bir neçə ay öncə Şəmkir rayonunda əri tərəfindən qətlə yetirilib. Şəmkir rayon Prokurorluğunda açılan cinayət işi Gəncə Ağır Cinayətlər Məhkəməsində göndərilib. Dövlət ittihamçısı Məhkəmə gəlmədiyi üçün proses təxirə salınıb. 54 yaşlı Çimnaz Hacıyeva da məhkəmə prosesinin təxirə salınmasına etiraz edərək özünü yandırmaq istəyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?