İyulin 30-dək olan müddətdə 6 nəfər xəstəlikdən ölüb, 12 nəfər intihar edib
İyul ayının 30-dək Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 58 nəfər təşkil edib. Bu siyahını “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən hazırlayıb. JHAM direktoru Cəsur Sümərinlinin sözlərinə görə, ötən müddətdə 72 nəfər yaralanıb və ya xəsarət alıb. Müvafiq dövrdə dünyalarını dəyişənlərin 9-u döyüş (9 nəfər erməni gülləsi), 49-u isə qeyri-döyüş itkiləridir. Bundan başqa C.Naxçıvanski adına hərbi listeyin kursantı da naməlum səbəbdən dünyasını dəyişib (hərbi qulluqçu statusuna malik olmadığına görə siyahıda ayrıca qeyd olunur).
7 nəfər bədbəxt hadisədən (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cərəyanı vurma), 11 nəfər avtoqəzadan, 3 nəfər vertolyot qəzasından, 2 nəfər naməlum səbəbdən, 1 nəfər ehtiyatsızlıqdan, 1 nəfər mülki şəxs tərəfindən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 6 nəfər xəstəlikdən dünyasını dəyişib. 12 nəfər intihar edib.
Dünyasını dəyişənlərin 46-sı Müdafiə Nazirliyinin, 2-i Dövlət Sərhəd Xidmətinin, 7-i Daxili Qoşunların, 1-i XDMI-nin, 2-i Fövqəladə Hallar Nazirliyinin (1 nəfər Naxçıvan FHN) hərbi qulluqçularıdır.
Yaralılara və xəsarət alanlara gəlincə (72 nəfər) C.Sümərinli bildirdi ki, onların 13-ü qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 5-i intihara cəhddən, 3-ü mülki şəxslərlə davadan, 7-si erməni gülləsindən, 1 nəfər mina partlayışından, 4-ü bədbəxt hadisədən (liftin şaxtasına yıxılma, yanğın, partlayış və s.), 39-u isə avtoqəza nəticəsində yaralanıblar və ya xəsarət alıblar. 49 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 18 nəfər Daxili Qoşunların hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?