Qoç - Yorucu, mürəkkəb, ağır gündür. Başqasının sizə həvalə etdiyi məsuliyyət yükünü daşıyarkən şikayətlənməyin. Saatlar keçdikcə durum ağırlaşır. Ciddi problem yaranacaq. Təşvişə düşməyin: problemin mahiyyətini anlamağa çalışın, sonra isə müvafiq çözüm variantını hazırlayın. Bu yaxınlara qədər sizi etibar və sədaqətinə inandırmağa çalışan insanlar indi sizdən uzaq dururlar. Onların mövqeləri dəyişib. Bu adamlar indi dostdan daha çox rəqibə bənzəyirlər. Günün ikinci yarısında mühüm görüş planlaşdırmayın. Gərginlik elə bir həddə çatar ki, ən kiçik problem və ya maneə sizi təbdən çıxara bilər. Sevdiyiniz insanla fikir ayrılığı ola bilər.
Buğa - Eşitdiyiniz hər sözə inanmayın. Alınan məlumatları yoxlayın, səhvlərə yol verməyin. Diqqəti işə yönəlin. Şəxsi işləri ön plana çıxararaq peşəkar fəaliyyəti unutmayın. Rəqiblər və bədxahlar emosional davranışınızdan faydalana bilərlər. Ailə üzvlərindən biri və ya sevdiyiniz insanla münasibətlərdə problem yarana bilər. Fəqət başqalarının zəif cəhətlərinə, istək və tələblərinə dözümlü yanaşaraq davranışda anlamlı olsanız, münasibətlərdə qarşılıqlı anlaşma formalaşacaq. Uzunmüddətli planlar hazırlamayın: onları mütləq dəyişməli olacaqsınız. Vədlər verməyin.
Əkizlər - İş və yeni layihələrin startı üçün əlverişli gündür. Çətin məsələləri çözmək, problemləri həll etmək, rəqibləri üstələmək üçün soyuqqanlı olun, emosional qərarlar verməyin. Təşəxxüslü, iddialı olmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Günün ikinci yarısında özünüzdən və yaxın ətrafınızdakı insanlardan narazı qala bilərsiniz. Bu ani hissdir. İşlər düzələcək, əhvalınız yaxşı olacaq. Dəyər verdiyiniz, yaxın bildiyiniz insanlarla ünsiyyətdə səmimi olun. Emosiyalara uymayın, nikbin olun. Ruhdan düşmək üçün heç bir səbəb yoxdur. Kiminlə çalışmaq gərəkdiyini intuisiyanız sizə deyəcək.
Xərçəng - Mənfi təmayüllərin təsir gücü artır. İşdə həmkarlarınızdan biri ilə ciddi fikir ayrılığı yarana bilər. Rəhbərliyin sərt tənqid obyektinə çevrilməmək üçün diqqətli olun. Bu və digər qərarı verəndə, addımı atanda motivasiyanı, səbəbləri düşünün. Ağır iş olacaq. Bəli, siz bunu istəmirsiniz, amma başqa yol yoxdur. Uğura inamı itirməyin. Ən əlverişsiz vəziyyətdə də ruhdan düşməyin. Axşam saatlarında bədxərclik etməyin, spontan alış-verişə başlamayın.
Şir - Çətin və mürəkkəb gündür. Sadəlövh olmayın, tanımadığınız insanlara inanmayın. Ətrafınızdakı insanlardan biri sizdən öz çirkin məqsədi ilə istifadə etməyə çalışır. Manipulyasiya cəhdlərinin qarşısını alın, yaşamınıza və işlərinizə müdaxiləyə yol verməyin. Ciddi işləri müstəqil şəkildə çözün. Ətrafınızdakı insanların çoxsaylı məsləhətlərinin əksəriyyəti faydasız və məntiqsizdir. Günün ən ciddi problemlərindən biri mənəvi dəstək və konkret yardımın yoxluğudur. Yaxınlarınızın sizi anlamadıqlarını düşünməyin. Ünsiyyət və təmaslarda sərrast olun. Axşam saatlarını yalnız yaxşı bələd olduğunuz, rəğbətinizə layiq insanla keçirin. Birmənalı olmayan emosiyalar yaradan insanlardan uzaq olun. Emosional fon əlverişli deyil və bu səbəbdən də əlavə işlər barədə düşünməyin.
Qız - İşdə müsbət dəyişikliklər istisna deyil. Məhsuldar çalışın, güc və enerjinizi mənasız işlərə sərf etməyin. Təyin edilmiş görüşlərdə aktiv olun, mövqelərinizi müdafiə edin. Nəzərdə tutduğunuz layihədə və ya bitirmək istədiyiniz işdə önəmli rol oynayan insanda rəğbət oyatmağa çalışın. İşgüzar səfərə yollanmaq, uzaqdakı insanlardan biri ilə sərfəli əlaqələr qurmaq olar. Romantik hisslərə qapılmayın. Yaşam potensialının səviyyəsi yüksəkdir. Amma orqanizminizin qədrini bilməyin. Özünüzü həddən artıq yormayın.
Tərəzi - Gün pozitiv başlayacaq. Günün ilk yarısında əhəmiyyətli nailiyyətlər əldə edə bilərsiniz. Saatlar keçdikcə durum dəyişə bilər. Sərvaxt olun. Nüfuzlu insanlarla mübahisə edərək münasibətləri korlamayın. Bir qədər az danışın, çünki dedikləriniz az sonra müvafiq ünvana və şəxsə çatacaq. Diplomatik bacarıqlarınızdan yararlanın. Günün ikinci yarısında işlər çox olsa da, tələsməyin, təşvişə düşməyin. Problemləri aram işləməklə çözə bilərsiniz. Yarımçıq qalmış işləri başa vura bilərsiniz. Yaxınlarınızdan birinə çətin situasiyadan çıxmağa yardım edin.
Əqrəb - Harmonik, ünsiyyət üçün rahat gündür. Yaşam potensialı aşağıdır. Buna görə də fiziki yüklə bağlı istənilən fəaliyyətdə ehtiyatlı davranın. Sakit və aramlı işi seçin. Emosiyalarınızın əsirinə çevrilməyin. Ötənlərdəki hadisələrə maraq artacaq. Səfərə və ya şəhər kənarına yollansanız, xoş təəssüratlar yaşayacaqsınız. Lakin uzunmüddətli, yorucu səyahət məsləhət deyil. Axşam saatlarında sükan arxasında olmayın, yola çıxmayın.
Oxatan - Fantaziyalar, xülyalar, illüziyaların əsiri olmayın. Faydalı, sərfəli işlə məşğul olun, sabahı düşünün. Böyük planlar qurmayın, çünki onları reallaşdırmaq asan olmayacaq. Baş verənləri, hadisələri dəqiq qiymətləndirin. Olayların real mənzərəsi ilə illüziyaları səhv salmayın. Hər halda özünüzü aldatmayın. Günün ikinci yarısında qəfil hadisə yaşanacaq. Mühüm informasiya alınacaq. Sizi prioritetlərə yenidən baxmağa, dəyərlərin təftişinə vadar edəcək məlumat olacaq. Elektrik avadanlığı ilə iş zamanı ehtiyatlı olun. Alov və yanan maddələrdən uzaq olun.
Oğlaq - Bütün işləri cari işlərin çözülməsinə yönəldin. Gündəlik işlərin öhdəsindən gələ biləcəksiniz. Daha ciddi işlərin həllində isə çətinliklər yarana bilər. Uzaqdan xoş olmayan xəbər ala bilərsiniz. Həmin məlumat gələcəklə bağlı narahatlıq, nicaranlığın yaranmasına səbəb ola bilər. Etiraf edin ki, başqaları ilə bağlı gözləntiləriniz böyük olub. Bütün imkanlar yoxa çıxana qədər işə başlayan. İşdə münaqişə yaranmasının qarşısını almağa çalışın. Axşam saatlarına yaxın münasibətlərdəki gərginlik azalacaq. Fikir ayrılıqları və anlaşılmazlıqlar az sonra geridə qalacaq.
Dolça - Əmlak məsələlərini həll etmək üçün əlverişli zamandır. Daşınmaz əmlak alqısı, satqısı, icarəsi və təmiri ilə bağlı işlərdə uğur qazana bilərsiniz. Xidmət sahəsində çalışırsınızsa, məqsədyönlü, inadkar olun. Planınızdan bəhs edəndə gözlənilən effektə nail olun. Problem və komplekslərin öhdəsindən gəlmək üçün özünüzdən bədgüman olmayın. Zərurət yaranarsa, aqressiv də davrana bilərsiniz. Axşam saatlarında yorğunluq hissi yaranacaq. Sevdiyiniz, sizə yaxın insanın dəstəyinə ehtiyacınız var. Axşam saatlarını ailəyə həsr edin.
Balıqlar - Bol ümidlər vəd etməyən, amma pis sayılmayacaq gündür. Peşəkarlıq müstəvisində böyük uğurlar əldə edəcəyinizi düşünməyin. İşgüzar danışıqlarda tələsməyin, hövsələsizlik etməyin. Ev işlərinin öhdəsindən əla gələcəksiniz. Servis, interyer dizaynı, təmir, tikinti sahələrində irəliləyiş ola bilər. Yaşam arealında və işlərdə qayda yaradın. Yaxın ətrafınızdakı insanlar sizə yardım edəcəklər. Səhər saatlarında yaxınlarınız və ya ailə üzvlərindən biri ilə mübahisə istisna deyil. Günorta saatlarında münasibətlərdə harmoniya bərqərar olacaq. Tənqiddən küsməyin, iradlara iradla cavab verməyin. Axşam saatlarında münasibətlər tam normallaşacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?