Qoç - Dəyişikliklərə duyulan ehtiyac labüd olsa da, ifrat tənqidə varmayın. Həmkarlarınız və yaxınlarınızın könlünə dəymədən situasiyaya təsir variantını tapın. Müdriklik, praktik davranış sizə vaxtdan öz maraqlarınızın təminatı üçün yararlanmağa imkan verəcək. Tənbəllik etməyin, səliqəli və dəqiq olun. Perspektivlər genişlənir. Mühüm məsələni sürətlə, uğurla həll etmək olar. Anlaşma, sövdələşmə, müzakirə və alış-veriş üçün uğurlu gündür. Hansısa maraq sizi yola çağırır. Yazın, sizdən uzaq olan insanla zəngləşin.
Buğa - Günün ilk yarısında istədiyiniz maraqlı işlə sizə verilən tapşırıq arasında seçim etmək məcburiyyətində qalacaqsınız. Kiminsə qarşısında öhdənizə götürdüyünüz işi başa vurun. Ailədə planları razılaşdırın ki, izafi gərginlik yaşanmasın. Günün ikinci yarısında görüləsi işləri təftiş edin. Tərəfdaş və ya şəriklə bir araya gələrək ümumi problemi müzakirə edin, aktual məsələləri nəzərdən keçirin. Maraqları birləşdirmək, çoxdan donub qalmış məsələyə və ya layihəyə təkan vermək olar. Rəqibləri üstələyin, bədxahları sevinməyə qoymayın.
Əkizlər - Tərəfdaş və ya şərik olduğunuz insanla münasibətlərdə pərişan olmaq istəmirsinizsə, etiraflara qapılmayın. İfrat tələbkarlığa ehtiyac yoxdur. Alış-verişə can atmayın, çünki bədxərclik istisna deyil. Yaradıcıdıq şövqü, təşəbbüskarlıq, romantik gözləntilər sizi macəra və ya sərgüzəşt axtarışlarına sövq edə bilər. Hisslər və emosiyalar davranışınızı dəyərləndirəcək motivlərə tabe olmalıdır. Sevdiyiniz insanlarla anlamsız zarafat etməyin. Yerinə yetirməyəcəyiniz işi vəd etməyin. Sürətli və tez nəticə əldə edə biləcəyiniz işi seçin.
Xərçəng - Hadisələrlə zəngin, olayların qaynaşma həddinə çatdığı gündür. Mühüm məsələlərdən biri sizin iştirakınız və təşəbbüsünüz olmadan həllini tapa bilər. Aktivliyiniz konstruktiv olmalıdır. Yeni işə qətiyyətlə başlayın, amma qarşıdurmaya mane olmayın. Ailə və ev problemlərindən biri üzə çıxa bilər. Sürətli qərara, düşünülmüş addıma lüzum var. Səhhətinizə fikir verin. Qəfil yorğunluq və zəiflik hiss etsəniz, dincəlin.
Şir - Şəxsi münasibətlərdəki gərginlik həllini gözləyir. İşlərdə konstruktiv məcranın yaradılması üçün səy göstərin. Artıq sözlər deməyin. Şəxsi münasibətlərdə və işdə qayda yaradın. Səhər saatlarından ibarət laübalı, ziddiyyətli olaylara hazır olun. Qısqanc, hövsələsiz, dözümsüz olmayın. Tələsik qərar verməyin. Tərəfdaşla ümumi məsələlər varsa, onların çözümünə xüsusi diqqət yetirin. Səfər, səyahət, ezamiyyət, ekskursiya, mədəni istirahət üçün əlverişli gündür. Müxtəlif formatlı ünsiyyətdə fəal olun. Mübahisələrə qatılmayın.
Qız - Səhər saatlarından etibarən aktiv olun, qətiyyətli mövqe tutun, mütəhərrik davranın. İşləri təxirə salmayın, borcları qaytarın, vədlərinizi yerinə yetirin. Yaxınlarınıza və qohumlarınıza yetərincə diqqət ayırın. Səbirsiz olmayın, emosiyaların təsiri altında hərəkət etməyin. İmpulsiv, emosional hərəkətlərlə ailədə və ya kollektivdə tarazlığı pozmayın. Yaşam arealınızı qaydaya salın. Hissləri nizamlayın ki, rahat nəfəs ala biləsiniz. Sağlam həyat tərzi ilə bağlı təşəbbüslərə ehtiyac var. Ailə üzvlərinin qayğısına qalın.
Tərəzi - Gözləntilərinizin tam tərsinə olaraq xarici şərtlər əlverişli deyil. Günün ilk yarısında səfərə və ya ezamiyyətə, səyahətə və ya gəzintiyə yollanmayın. Ünsiyyət çevrənizi məhdudlaşdırın. Yaxınlarınızın istəklərini, tələblərini nəzərə alın. Çoxdan bəri diqqətinizi gözləyən insanla maraqlanın. Yaxın ətrafınızdakı insanlarla əlaqələrinizi təftiş edin. Yeni təmaslar qurun, əlaqələri bərpa edin. Hər şey dinamikdir. Gözləntilər planlarınızın reallaşdırılması ilə bağlı situasiyaya uyğun deyil. Hadisələrin, sadəcə, müəyyən qismindən yararlana biləcəksiniz. Axşam saatlarında planlarınızı təftiş edin.
Əqrəb - Günün aktiv keçirilməsi üçün yetərincə impulslar var. Təşkilatçılıq məharətinizi nümayiş etdirmək üçün müstəqil çalışın, kimdənsə asılı olmayın. Sonradan birgə fəaliyyətin müəyyən formatını seçə bilərsiniz. Gün ərzində sizi maraqlı və faydalı insanlarla görüşlər gözləyir. Əlaqələri gücləndirin, yaxın gələcəkdə işlərinizə veriləcək dəstəklə bağlı müzakirələr aparın. Fiziki aktivlik gərginlikdən qurtulmağınıza kömək edə bilər. Maliyyə məsələlərinə daha çox diqqət ayırın. Alış-veriş üçün əlverişli vaxtdır.
Oxatan - Əhvalınız gün ərzində dəfələrlə dəyişəcək. Situasiyanın azad axarına mane olmamağa çalışın. Zərurət olarsa, problemləri həll edin, əlavə düzəlişlərə əl atın. Müstəqil çalışa bilmədiyiniz vaxtlarda inandığınız insanların yardımlarından bəhrələnin. Heç nəyi mürəkkəbləşdirməyin. İndi güc nümayişi və inadkarlıqla müqayisədə reaksiya daha vacibdir. Şərait yenilənmə, dəyişikliklər tələb edir. İtkilər və müvəqqəti çətinliklər olsa belə, ruhdan düşməyin. İzafi enerjidən qurtulmaq üçün çıxış yolu gərəkdir. Məşğul olduğunuz faydalı işin dəqiq və səlis nəticəsi olacaq. Fiziki işdə fayda var. Axşam saatlarında normal dincəlməyə çalışın.
Oğlaq - Əhvalınız bu gün əhəmiyyətli dərəcədə ətrafınızdakı insanların davranışı və yaşam aeralınızla müəyyənləşir. Münaqişələrə rəvac verməyin, mübahisələri genişləndirməyin. Ünsiyyətdəki çətinlik və problemləri aradan qaldırmaq istəyirsinizsə, etibar etdiyiniz, bələd olduğunuz insanların çevrəsini seçin. Maraqlarınızın təminatına yönəlmiş işi ilk növbədə tamamlayın. Yaxınlarınıza və sizə əziz insanlara qayğını unutmayın. Onların yardıma, mənəvi dəstəyə ehtiyacları var. Səhhətinizin qeydinə qalın. Axşam saatlarında təmiz havada mümkün qədər çox vaxt keçirin.
Dolça - Cari işlərdə ətalətə qapılmayın, yaranan şansları dəyərləndirin. Enerji səviyyəsi çox olduğundan konstruktiv fəaliyyəti seçin. Ünsiyyət fərqli hisslər vəd edir. Günün ilk yarısında fikir ayrılığı və mübahisələr istisna deyil. Hansı insanların indi sizin maraqlarınıza dəstək ola biləcəyini intuitiv aydınlaşdırın. Tərəf və əks-tərəfləri müəyyənləşdirin. Övladlarınız varsa, onlara nüfuzunuzla təzyiq etməyin. Ailə problemini birgə fəaliyyət və məhsuldar əməkdaşlıq artıq sözlər olmadan çözə bilər.
Balıqlar - Səhər saatlarından etibarən aktiv olun. Fiziki iş üçün əlverişli zamandır. Rəqiblərlə mübarizədə geri çəkilməyin. Məntiqli və soyuqqanlı olun. Günün ilk yarısında planlarınıza ailə qayğıları, ev işləri mane ola bilər. Yaşananlara həddən ziyadə emosional reaksiya verməyin. Yaxın ətrafınızdakı insanların əsəblərini tarıma çəkməyin. Mübahisələri alovlandırmayın, heç nə vəd etməyin. Axşam saatlarında sakit istirahəti seçin.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?